Yatmazdan əvvəl isti vanna faydalıdır- Yuxunu yaxşılaşdırır

Yapon alimləri sadə bir axşam ritualının – isti vannanın yaşlı adamlarda yuxunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyi qənaətinə gəliblər.

Azpost.info bildirir ki, tədqiqatın nəticələri Sleep Health jurnalında dərc edilib.

Tədqiqatda orta yaşı 69 olan 2252 nəfər iştirak edib. Təhlillər göstərib ki, yatmazdan əvvəl müntəzəm olaraq vanna qəbul edənlərdə daha çox dərin yuxu, daha az gecə oyanışı və yuxusuzluq şikayətləri xeyli az olub.

Lakin müntəzəm duş qəbul etmək oxşar təsir göstərməyib.

Alimlər həmçinin optimal şərtləri müəyyən ediblər: ən yaxşı nəticələr vanna 18 dəqiqədən çox davam etmədikdə və suyun temperaturu 41,7°C-dən (106°F) aşağı qaldıqda müşahidə olunub. Təsir xüsusilə soyuq havada özünü daha aydın göstərirdi.

Prosedur üçün optimal vaxt yatmazdan 1-2 saat əvvəldir. Tədqiqatçılar bunu isti vannadan sonra bədənin aktiv şəkildə istiliyi buraxmağa başlaması ilə izah edirlər ki, bu da yuxunu asanlaşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.