Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başlayıb

User 03 Aprel 2026 - 12:52
rus deste

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin məhkəməsi başlayıb.

Azpost.info APA -ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Anton Draçev vəsatət verərək yaşayış yerinin məlum olduğunu deyib və onun barəsində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.

Təqsirləndirilən İlya Bezuqliyin vəkili Fəxrəddin Mehdiyev cinayət işiniə xitam verilməsi, bu olmadığı halda təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Onun müdafiə etdiyi şəxs də əlavə edib ki, o, kəskin artimiya xəstəsidir, bu, ölümlə nəticələnə bilər.

Digər vəkillər də cinayət işinə xitam verilməsi, bu olmadığı halda müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Təqsirləndirikən Sergey Sofranov ölkəyə turist kimi gəldiyini və cinayət işi ilə əlaqəsi olmadığını bildirərək cinayət işinə xitam verilməsini və ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə müşavirədən sonra qərar elan edib. Qərara əsasən, vəsatətlər isə təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası aprelin 10-na təyin edilib.

Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.

AzPost.az

Post navigation

Previous: “Azərbaycan hər gün görünməz bir təhlükə altında yaşayır” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Türkiyə Cənubi Qafqazdan keçən və regionu Türkiyə ərazisi ilə birləşdirən Orta dəhlizi beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin...
Read more about Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.