İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulduğu iddia edilən ABŞ qırıcı təyyarəsinin pilotunu ələ keçirib.
AzPost xəbər verir ki, bu barədə məlumatı İranın “NourNews” agentliyi yayıb.
Yayılan məlumatlara görə, SEPAH qüvvələri təyyarənin vurulduğu ərazidə genişmiqyaslı axtarış əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində amerikalı pilotun yeri müəyyən edilib və o, canlı şəkildə saxlanılaraq müvafiq mərkəzə aparılıb.