Hörmüz boğazından üçüncü Türkiyə gəmisi də çıxıb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazındakı son vəziyyətlə bağlı sosial media hesabında açıqlama yayıb.

AzPost xəbər verir ki, İraqdan yüklədiyi xam nefti Malayziyaya daşıyan Türkiyəyə məxsus “Ocean Thunder” gəmisi ötən gecə Hürmüz boğazını təhlükəsiz şəkildə keçərək körfəzdən çıxışını tamamlayıb. Bununla da bölgədə hərbi gərginlik başlayandan bəri körfəzdə gözləyən Türkiyəyə məxsus gəmilərdən üçüncüsü boğazı tərk edib.

Nazir Uraloğlu bildirib ki, bu keçidlə birlikdə Hörmüz boğazı ətrafında qalan Türkiyə mənşəli gəmilərin sayı 12-yə, çıxış növbəsində gözləyənlərin sayı isə 8-ə düşüb. Hazırda bölgədən ayrılmaq istəyən 8 gəmi və onlardakı 156 personalın təhlükəsiz təxliyəsi üçün Türkiyə Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə koordinasiyalı işlər davam etdirilir.

Qeyd edək ki, rəsmi Ankara bölgədəki Türkiyə bayraqlı və Türkiyə sahibli gəmilərin hərəkətini anlıq olaraq izləyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.