Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Yapon və Azərbaycan toyunu nə birləşdirir? –

User 13 Aprel 2026 - 13:58 (Last updated: 13 Aprel 2026 - 13:59)
yapon toy01
Müxtəlif ölkələrin toy adətləri həmişə maraqla qarşılanır.
Azpost.info bildirir ki, azərbaycanlı travel-bloqer Əli Əkbər Yaponiyadakı toy adətindən yazıb.
Yaponiyada toya çağırsalar bilin ki, bəy-gəlinə hədiyyə olaraq bizdəki kimi nağd pul (“qoşuqi”) verəsi olacaqsız.
Yaxın dostsuzsa, 200-cə USD. Yaxın qohumsuzsa, 330-ca USD. Qardaş-bacısızsa, onda atın dizlərinizi yerə: onlar üçün məbləğ 670 USD-dir.
Özü də məbləğ həmişə tək rəqəm olmalıdır: 30, 50, 100 min ¥. Cüt rəqəmlər (20, 40, 60) “cütlüyün ayrılması” çağırışdırır, buna görə qəti qadağandır. Pulu adi zərfə qoymaq olmaz. Xüsusi bəzəkli “şuqibukuro” zərfinə qoyulur. Bu zərflər qızıl-gümüş iplərlə bəzədilir. Zərfin üzərinə qonağın adı mütləq yazılır, ev sahibləri kimin nə qədər verdiyini qeyd edir ki, gələcəkdə həmin məbləği geri qaytarsınlar.
Ev sahibləri elə ancaq pul yığmır. Onlar da gələn qonaqlara yüngülvari hədiyyə (“hikidemono” ) verməlidirlər. Bu, adətən keramika, çay dəsti, şirniyyat qutusu, gözəl qablaşdırılmış ərzaq məhsulları və s. olur. Amma elə şeylər də var ki, onları hədiyyə kimi verə bilməzlər, məsələn, bıçaq, qayçı (əlaqənin kəsilməsi simvolu), dəsmal (matəm hədiyyəsi sayılır), dörd ədədli hər şey (“4” rəqəmi yapon dilində “ölüm” sözü ilə eyni tələffüz olunur).
Ənənəvi toyların özü müqəddəs Şinto məbədlərində keçirilir. Gəlin ağ “şiromuku” kimono geyinir: bu, xoşbəxtlik, saflıq, yeni həyata açıqlığı simvollaşdırır.
Ağ rəng Yaponiyada yenidən doğuşun rəngidir.
Yapon gəlinlər toy boyu bir neçə dəfə paltar dəyişirlər. Əvvəlcə ağ kimono, sonra rəngli “iro-uçikake” (adətən qırmızı), son olaraq isə Qərb üslublu ağ toy paltarı geyinilir. Hər dəyişiklik yeni bir başlanğıcın simvoludur.
Toy süfrəsində gəlin-bəy eyni qabdan birgə yemək yeyir. Bu, “bir ailə, bir həyat” fəlsəfəsini simvollaşdırır. Yapon mətbəxi (suşi, saşimi, tai balığı (xoşbəxtlik balığı)) toy menyusunun əsasını təşkil edir.
Fotoda qırmızı çətir görsürsüz: – o, pis ruhlardan qorunmaq üçündür. Məbəd həyətindən keçən qırmızı “wagasa” çətiri gəlini bəd nəzərlərdən və pis enerjidən qoruyur. Şinto kahini (“kannuşi”) öndə gedərək yolu “təmizləyir”. Hər addım ritualın bir hissəsidir.
Fotoda “wataboshi” papağı ilə bəzənmiş gəlin də görürsüz. Yapon toyunun ən xarakterik obrazıdır. Papağın üzərindəki sarı çiçəklər xoşbəxtliyi, ağ rəng isə yeni başlanğıcı simvollaşdırır. Qızıl üzük isə iki mədəniyyətin, iki dövrün görüşünün simvoludur.

AzPost.az

Post navigation

Previous: Gündə nə qədər su içməlisiniz?-
Next: “Biznesdə ən təhlükəli olan riskləri gizlədən tərəfdaşdır” –

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.