“Azərpoçt”a yeni rəhbər təyin olunub

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat olub.

Bu vəzifə Manaf Babayevə həvalə edilib.

Qeyd edək ki, Manaf Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Maliyyə Direktorunun müavini olaraq çalışıb.

Qeyd edək ki, Manaf Babayev Azərbaycan Dövlət İqtisad Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə isə magistr təhsili alıb.

Peşə fəaliyyətinə bank sektorunda başlamış, müxtəlif nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışmışdır. Daha sonra Aztelekom MMC-də Maliyyə Nəzarəti üzrə rəhbər, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində isə Baş Maliyyə Direktoru (CFO) vəzifələrində fəaliyyət göstərmiş, maliyyə idarəetməsi, əməliyyat effektivliyi və nəticəyönümlü yanaşmaların tətbiqinə mühüm töhfələr vermişdir. 13 ildən artıq peşəkar təcrübəyə malikdir.

Bu təyinatadək Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini vəzifəsində çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.