Kardioloq Yuri Lopatin bildirib ki, ürəyin işemik xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və qəfil ölümlərin 80%-nə məhz bu xəstəlik səbəb olur.
AzPost xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bir çox insan ürəyində ciddi problemin olduğundan xəbərsiz olur, çünki xəstəlik heç bir aşkar simptom vermədən irəliləyir. Bu da “qəfil ürək ölümü” riskini kəskin şəkildə artırır.
Risk qrupuna kimlər daxildir?
Həkimin sözlərinə görə, aşağıdakı amillər xəstəliyin gizli inkişafı və ağır fəsadları üçün əsas zəmin yaradır:
-
Yüksək arterial təzyiq (hipertoniya);
-
Artıq çəki və piylənmə;
-
Qanda xolesterinin yüksək olması;
-
Siqaret çəkmək və azhərəkətli həyat tərzi;
-
Xroniki stress.
Lopatin vurğulayır ki, ailə üzvləri arasında erkən yaşda ürək-damar xəstəliyinə tutulanların olması da genetik risk faktorudur. Statistikaya görə, böyüklərin əhəmiyyətli hissəsində artıq çəki probleminin olması ürək işemiyası təhlükəsini daha da aktuallaşdırır.
Həkim profilaktik müayinələrin və risk faktorlarının nəzarətdə saxlanılmasının həyati əhəmiyyət kəsb etdiyini xatırladır.