ABŞ Dövlət Departamenti amerikalıları dərhal İranı tərk etməyə çağırıb.
Azpost.info bildirir ki, bu barədə rəsmi açıqlamada deyilir.
Müraciətdə qeyd olunur ki, ABŞ vətəndaşları İranı tərk etməli, yerli medianı izləməli və İrandan uçuşlar barədə əlavə məlumat almaq üçün kommersiya daşıyıcıları ilə əlaqə saxlamalıdırlar: “İranı tərk etmək istəyən amerikalılar quru yolu ilə Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistana da gedə bilərlər. ABŞ vətəndaşları Əfqanıstana, İraqa və ya Pakistan və İranın sərhəd bölgələrinə səyahət etməməlidirlər. Nəzərə alın ki, İran hökuməti ABŞ vətəndaşlarının ölkədən çıxmasının qarşısını ala və ya İranı tərk edənlərə çıxış vergisi tətbiq edə bilər. İkili ABŞ-İran vətəndaşları İran pasportlarından istifadə edərək İranı tərk etməlidirlər”- deyə Departamentin bəyanatında deyilir.