Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Kapital Bank”da 2 qəpiklik qalmaqal

Orkhan Ali 23 Aprel 2026 - 09:07 (Last updated: 23 Aprel 2026 - 09:08)
Kapital Bank

Kapital Bank

Azərbaycanda bank sektorunda növbəti dəfə maraqlı və eyni zamanda düşündürücü narazılıq yaranıb. “Kapital Bank”ın müştərisi bankın tətbiqində görünməyən 2 qəpiklik borca görə digər banklardan imtina aldığını bildirərək sosial şəbəkələrdə etirazını ifadə edib.

“Borc tətbiqdə görünmür, lakin gecikmə kimi qeydə alınır”

AzPost xəbər verir ki, şikayətçinin bildirdiyinə görə, o, ötən ilin noyabr ayında bank qarşısındakı bütün öhdəliklərini bağladığını zənn edib. Lakin bu günlərdə başqa bir banka kredit müraciəti edərkən ona imtina cavabı verilib. Səbəb kimi isə “Kapital Bank”a 2 qəpik borcunun qaldığı və bu məbləğin 141 gündür gecikmədə olduğu göstərilib.

Müştəri qeyd edir ki, “Birbank” mobil tətbiqində heç bir borc görünmədiyi halda, bu məbləğin kredit tarixinə (MKR) mənfi təsir göstərməsi texniki məsuliyyətsizlikdir:

“10 manat borcumuz 1 gün gecikən kimi hər kəsə zəng edirsiniz, bəs niyə 2 qəpiyə görə məni məlumatlandırmamısınız? Tətbiqdə borc görünmürsə, mən onu necə ödəyə bilərəm?”

Bankın cavabı: “5 manatdan aşağı borclara görə zəng etmirik”

Məsələ ilə bağlı bankın operatoru ilə əlaqə saxlayan vətəndaşa verilən cavab daha çox təəccüb doğurub. Bank rəsmisi bildirib ki, qurum daxili qaydalara əsasən, 5 AZN-dən aşağı borclar üçün müştəriyə zəng edilmir. Lakin müştəri haqlı olaraq qeyd edir ki, məbləğin kiçik olmasına baxmayaraq, o, kredit reyestrində “etibarsız müştəri” kimi görünməsinə və real ziyan çəkməsinə səbəb olub.

Məsələ ictimailəşdikdən sonra bank tərəfindən verilən rəsmi açıqlamada qeyd olunub ki, 5 AZN və daha az məbləğlər gecikmə kimi nəzərə alınmır və onlara cərimə (dəbbə) hesablanmır. Bank rəhbərliyi vəziyyəti araşdırmaq üçün müştəridən şəxsi məlumatlarını tələb edib və məsələnin qısa zamanda həll olunacağını vəd edib.

Ekspertlər bildirirlər ki, bank tətbiqlərindəki texniki qalıqlar (yuvarlaqlaşdırma və ya faiz hesablanması zamanı yaranan qəpiklər) tez-tez vətəndaşların kredit tarixçəsini zədələyir. Bankların tətbiqlərində “sıfır balans” görünməsinə baxmayaraq, arxa planda qalan qəpiklərin gecikmə kimi kredit bürosuna ötürülməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

AzPost.az

Post navigation

Previous: Avropa Birliyində miqrantların sayı rekord həddə çatıb
Next: Karqo şirkəti, yoxsa gömrük?

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.