Avropa Birliyində miqrantların sayı rekord həddə çatıb

2025-ci ildə Avropa Birliyində miqrantların sayı rekord həddə – 64,2 milyona çatıb.

Azpost.info bildirir ki, bu bardə Müstəqil RFBerlin İnstitutunun Miqrasiya Tədqiqatları və Təhlili Mərkəzinin hesabatında açıqlanıb.

Tədqiqat Avrostat və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının statistikasına əsaslanır. Orada bildirilir ki, son bir ildə Aİ-dən kənarda doğulan əcnəbilərin sayı 2,1 milyon artıb.

Qeyd olunur ki, 2010-cu ildə Aİ-də təxminən 40 milyon miqrant olub. Beləliklə, son 15 ildə bu rəqəm 60%-dən çox artıb və miqrantların Aİ-nin ümumi əhalisindəki payı 14,2%-ə çatıb.

Tədqiqatda həmçinin bildirilir ki, ən böyük diaspor Almaniyada yerləşir və təxminən 18 milyon insan xaricdə doğulub. Bu insanların təxminən 72%-i əmək qabiliyyətli yaşdadır. İspaniya ən sürətli artım nümayiş etdirir: 2025-ci ilə qədər ölkədəki miqrantların sayı 700.000 nəfər artaraq 9,5 milyona çatıb. Bu da Avropa Birliyindəki ümumi artımın təxminən üçdə birini təşkil edir. Əcnəbi əhalinin sayına görə Fransa (8,5 milyon), İtaliya (6,4 milyon) və Hollandiya (2,9 milyon) ardınca gəlir.

Hesabatın müəllifləri, professorlar Tommaso Frattini və Kristian Duesmann qeyd edirlər ki, Avropada miqrasiya axınları demoqrafik təzyiq, geosiyasi böhranlar və əmək bazarındakı qeyri-bərabərlikdən qaynaqlanır. Tədqiqatçılar həmçinin miqrant əhalisinin heterojenliyini vurğulayırlar: Almaniya əsasən Suriya və Əfqanıstandan olan qaçqınlara ev sahibliyi edir, İspaniyada isə Latın Amerikasından olan miqrantlar üstünlük təşkil edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.