Dinozavrları ovlayan nəhəng osminoqlar kəşf edilib

Alimlər on milyonlarla il əvvəl dünya okeanlarında yaşamış və ölçüləri dəniz əfsanələrindəki mifik bədheybətlər — krakenlərlə müqayisə oluna bilən nəhəng osminoqların xarici görünüşünü rekonstruksiya ediblər. AzPost xəbər verir ki, bu barədə “Science” jurnalında məlumat verilib.

Ümumi uzunluqları 7 metrdən 19 metrə qədər olan bu osminoqlar, təsvir edilmiş ən böyük onurğasız canlılar hesab oluna bilər və ölçülərinə görə həmin dövrün nəhəng dəniz reptiliyaları ilə rəqabət apara bilərdilər. Yumşaq bədənli onurğasızların qalıqları çöküntü süxurlarında pis qalsa da, tədqiqatçılar bərk xitindən olan çənələri (dimdikləri) vasitəsilə onların görünüşünü bərpa etməyi bacarıblar.

Tapılan qalıqlar Son Təbaşir dövrünə — təxminən 100-72 milyon il əvvələ aiddir. Çənələrdəki aşınma izləri göstərir ki, bu osminoqlar “ali yırtıcı” (apex predator) olublar və pleziozavrlar ilə mozozavrlar da daxil olmaqla iri reptiliyaları ovlayıblar.

Tədqiqatın müəllifləri qədim kəlləayaqlıların mürəkkəb beyin inkişafına və potensial olaraq yüksək intellektə malik olduqlarını ehtimal edirlər. Bəzi əvvəlki fərziyyələrə görə, krakenlər haqqındakı əfsanələrin əsasını uzunluğu 10 metrə çatan nəhəng kalmarların müşahidə edilməsi təşkil edirdi. Lakin Təbaşir dövrünün bu nəhəngləri həmin əfsanələrin birbaşa mənbəyi olmaq üçün çox erkən dövrdə yaşayıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.