Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Səfərbərlik Xidmətində kütləvi həbslər –

User 24 Aprel 2026 - 10:09
Həbs

Həbs

Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Baş Prokurorluq və SHXÇDX-nin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini – səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 3.11.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaq.

AzPost.az

Post navigation

Previous: Dinozavrları ovlayan nəhəng osminoqlar kəşf edilib
Next: Avropa İttifaqı Azərbaycan gəmilərini sanksiya siyahısından çıxardı

Oxşar xəbərlər

eliller
  • Baş Yazı

Ölkədə əlilliyə görə pensiya alanların sayı 128 min nəfər azalıb – Niyə kəskin azalıb?

User 18 Noyabr 2026 - 15:46
Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.