Qlobal müdafiə xərcləri 2025-ci ildə 2,887 trilyon dollara yüksəlib.
Azpost.info-nun məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 27 aprel tarixli illik hesabatında bildirilir.
“Qlobal hərbi xərclər 2025-ci ildə 2,887 trilyon dollara yüksəlib. Bu da ardıcıl 11-ci artım ili olub. Bununla da qlobal hərbi yük – hərbi xərclərin ümumi daxili məhsulda (ÜDM) payını – 2,5%-ə çatıb. Bu, 2009-cu ildən bəri ən yüksək səviyyədir”- deyə hesabatda vurğulanır.
Hərbi xərclərə üç ölkə- ABŞ, Çin və Rusiya liderlik edir: Onlar birlikdə 1,480 trilyon dollar və ya qlobal xərclərin yarısından çoxunu xərcləyiblər.
Hesabata görə, ABŞ-ın 2025-ci ildəki xərcləri 2024-cü illə müqayisədə 7,5% az olub. NATO-nun 29 Avropa üzvü 2025-ci ildə ümumilikdə 559 milyard dollar xərcləyəib, Almaniyanın xərcləri 24% artaraq 114 milyard dollara, İspaniyanın isə 50% artaraq 40,2 milyard dollara çatıb.
Hesabatda vurğulanıb ki, Asiya və Okeaniyada hərbi xərclərin 2025-ci ildə 681 milyard dollar təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,1% artım deməkdir. Çin ikinci yerdə qərarlaşıb və xərcləri 7,4% artaraq 336 milyard dollara çatıb ki, bu da əsasən hərbi modernləşdirməyə xərclənib.