ABŞ və İran danışıqları davam etdirir –Hansı əsas məsələdə razılıq gözlənilir? /CNN

ABŞ və İran pərdəarxasında sülh danışıqlarını davam etdirirlər.

Azpost.info bildirir ki, bu barədə CNN xəbər verir.

Bunun ilk mərhələsi müharibədən əvvəlki status-kvoya qayıtmaq və Hörmüz boğazından sərbəst naviqasiyanı bərpa etmək üçün razılaşma ola bilər.

“Pərdəarxası gərgin diplomatik işlər davam edir və hazırkı danışıqlar mərhələli bir prosesə yönəlib. Bu prosesdə potensial razılaşmanın birinci hissəsi müharibədən əvvəlki status-kvoya qayıtmağa və Hörmüz boğazının məhdudiyyətlər və tariflər olmadan yenidən açılmasına yönələcək”-deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, İranın nüvə proqramı məsələsi daha sonra müzakirə olunacaq. Bu arada, diplomatik vasitəçilər danışıqlar zamanı hər iki tərəfə təzyiq göstərirlər. Həmçinin, ABŞ-ın hərbi əməliyyatları bərpa etmək qərarına gəlməsi riski də mövcuddur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.