Bravo-dan şikayət- "Vaxtı keçmiş uşaq məhsulları endirim adı ilə satılır"

Bravo
Bravo

Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən “Bravo” supermarketində uşaqların sağlamlığı üçün risk yarada biləcək ciddi qayda pozuntusu iddia olunur.

AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Kənan Qasımlı mağazada vaxtı keçmiş məhsulların hələ də satışda saxlanılması ilə bağlı kəskin etirazını bildirib.

Vətəndaşın yaydığı məlumata görə, mağaza rəhbərliyi istifadə müddəti bitmiş məhsulları piştaxtalardan yığışdırmaq əvəzinə, onları “endirim” kampaniyası adı altında müştərilərə təqdim edir. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan gigiyenik vasitələrin bu vəziyyətdə olması valideynlərin ciddi narahatlığına səbəb olub.

“Bu gün 28 apreldir, lakin satışda olan uşaq diş pastasının istifadə müddəti 17 aprel tarixində bitib. Hansı vicdan sahibi vaxtı keçmiş uşaq məhsulunu satışda saxlaya bilər?” – deyə K.Qasımlı qeyd edib.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə mağazanın məsul şəxslərinə müraciət etsə də, heç bir tədbir görülməyib və eyni hal təkrarlanmaqda davam edir. İstehlakçının sözlərinə görə, rəhbərliyin bu biganəliyi alıcıların aldadılması və sağlamlıqlarının riskə atılması deməkdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istifadə müddəti bitmiş məhsulların satışı qəti qadağandır. Bu növ qayda pozuntuları həm inzibati məsuliyyət yaradır.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.