“Süni intellekt bəşəriyyəti məhv edə bilər”-İlon Mask

Süni intellektin inkişafı “Terminator” filmində olduğu kimi bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Bu barədə Amerikalı milyarder, “SpaceX” şirkətinin sahibi İlon Mask danışıb.

“Biz hər şeyin “Terminator” filmindəki kimi başa çatmasını istəmirik. Cin Roddenberrinin “Ulduz yolu” filmindəki kimi bitməsini istəyirik”, – deyə Mask bildirib.

O qeyd edib ki, onun “Neuralink” şirkəti beyin implantlarının hazırlanması zamanı süni intellekt təhlükəsizliyi prinsiplərinə riayət edir. Sahibkarın sözlərinə görə, tədqiqatlar zamanı “insan və süni intellekt simbiozu” yanaşmasından istifadə olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.