Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Ölkəmizdə hotellərdəki yerlərin 82% faizi boş qalıb

User 01 May 2026 - 11:46 (Last updated: 01 May 2026 - 00:22)
hotell

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olmuşdur.

Banker.az DSK-ya istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 3,5 faizi Qubada, 3,5 faizi Qəbələdə, 2,8 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,5 faizi Şamaxıda, 1,2 faizi Xaçmazda, 1,2 faizi Şabranda, 1,0 faizi Ağdamda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 0,8 faizi Şuşada və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 493,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşmüşdür. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,1 faizini təşkil edir. 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (2025-ci ilin yanvar-mart aylarında 19,3 faiz). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

AzPost.az

Post navigation

Previous: Qlobal borc İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatır
Next: ABŞ qoşunlarının Almaniyadan çıxarılması gözlənilmir

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

pensiya
  • Baş Yazı

Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?

User 12 Noyabr 2026 - 19:28
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının təxminən 7,5 faiz artırılması proqnozlaşdırılır. Lakin pensiyaçıların gələn il alacağı artımın dəqiq...
Read more about Pensiyaların artırılması ilə bağlı yeni açıqlama – Yekun qərar nə vaxt veriləcək?
Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO dollar at
  • Sosial

Bir çamadan dolları pəncərədən həyətə atdılar – VİDEO

User 12 Noyabr 2026 - 19:08
Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR rusiyamehkeme
  • Sosial

Məclis.info” saytının rəhbərinə 10 il həbs cəzası verildi – QƏRAR

User 12 Noyabr 2026 - 18:55
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO ilham dublin
  • Baş Yazı

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitində iştirak edib – VİDEO

User 12 Noyabr 2026 - 18:50
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi nvida sedr
  • Media

“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi

User 12 Noyabr 2026 - 18:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.