Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Səfir Vilayət Quliyevin müsahibəsi etiraz doğurdu

User 05 May 2026 - 12:42
metbuat surasi

“Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır”.

Bu, Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda əksini tapıb.

Qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər:

“Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir.

Belə ki, 29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən “Qaranlıqda həqiqət” verilişi tərəfindən müsahibə alınıb. Müsahibədə V.Quliyevin bir alim və diplomat kimi səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, onun məhz övladı – mərhum Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa videolar şəklində sözügedən verilişin anonslarında təqdim edilib və digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar.

Yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış “Huma Quşu” Təhsilə Yardım Fondu bəyanat yaymış, kəskin etirazını bildirmiş və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət etmişdir. Şura Fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, “Qaranlıqda həqiqət” verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilmişdir. Mahiyyətini diplomatiya, xarici siyasət və tariximizə dair sanballı söhbət təşkil edən müsahibənin anonsları ənənəvi “reytinq yaradıcılığının” mənfi təsirinə məruz qalmış, mətnin ümumi ruhuna xələl gəlmiş, bütün bunlar mərhumun valideynlərində dərin sarsıntı yaratmışdır.

Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının bu tipli davranışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa çağırır. Şura bu qənaətdədir ki, bütöv mətnlərin kontekstdən çıxarılmış fikir şəklində yayılması zamanı müsahibə verən şəxslərin barəsində söz açdıqları konkret mövzu arxa plana keçməməli, spekulyativ yanaşmalardan uzaq durulmalıdır. Çünki bütün bunlar media orqanlarına və jurnalistlərə etimadsızlıq və inamsızlıq formalaşdırır. Etimadsızlıq və inamsızlıq mühiti isə medianın nüfuzunu aşağı salır, həmçinin, cəmiyyətin dolğun bilgilərlə təminatı prosesinə mənfi təsir göstərir.

Media və jurnalistlər onu da nəzərə almalıdırlar ki, müsahibə və ya janrından asılı olmayaraq, təqdim etdikləri bütün materiallar cəmiyyət üzvləri arasında kütləvi qıcıq yaratmamalı, insanların faydalı biliklər əldə etməsini, onların dünyagörüşlərinin yüksəlməsini təmin etməlidir. Əsl ictimai missiya məhz budur. Mətbuat Şurası bütövlükdə media cameəsini özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır”.

AzPost.az

Post navigation

Previous: Avropa İttifaqı və Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.