Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Vərəm xəstələrinin hüquqları haqqında təlim keçirilib

User 05 May 2026 - 17:05 (Last updated: 05 May 2026 - 17:33)
verem

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin təşəbbüsü ilə vərəmlə mübarizə istiqamətində növbəti maarifləndirici tədbir həyata keçirilib.

Tədbir vərəmin təsirinə məruz qalmış insanların hüquqlarının müdafiəsi və bu hüquqlar barədə məlumatlılığın artırılması məqsədi daşıyıb. Maarifləndirici görüş TƏBİB tabeliyində fəaliyyət göstərən Ağ Ciyər Xəstəlikləri Mərkəzinin 1 saylı İxtisaslaşdırılmış Poliklinikasında təşkil olunub.

Görüşdə tibb müəssisəsinin kiçik və orta tibb personalı, eyni zamanda burada müalicə alan pasiyentlər iştirak ediblər. Tədbirin əsas mövzusu “Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Hüquqları Haqqında Bəyannamə”nin mahiyyəti və praktiki əhəmiyyəti olub.

 

Təşkilat rəhbəri Çingiz Ramazanlı  çıxış edərək bildirib ki, vərəmlə mübarizədə yalnız tibbi müdaxilə kifayət etmir. Bu sahədə insan hüquqlarına əsaslanan yanaşma mühüm rol oynayır. Xüsusilə, müalicə prosesində həkimlərin və pasiyentlərin ləyaqətinin qorunması, məlumat alma hüququ və ayrı-seçkiliyə məruz qalmaması diqqət mərkəzində saxlanılmalıdır.

Tədbir iştirakçılarına bəyannamədə əks olunan əsas hüquqi prinsiplər geniş şəkildə izah edilib. Bildirilib ki, vərəm xəstələri cəmiyyətin digər üzvləri kimi bərabər hüquqlara malikdirlər. Onların tibbi xidmətə əlçatanlığı maneəsiz təmin edilməlidir. Həmçinin pasiyentlərin psixoloji dəstək almaq, məxfiliyin qorunması və müalicə barədə dolğun məlumatlandırılmaq hüquqları xüsusi vurğulanıb. Maarifləndirmə sessiyası zamanı tibb personalının pasiyentlərlə etik davranış normaları barədə də ətraflı danışılıb. Qeyd edilib ki, şəfqətli münasibət müalicənin uğur faizinə birbaşa təsir göstərən amillərdəndir. Kiçik və orta tibb işçilərinin gündəlik təmasda olduqları pasiyentlərlə və bunun əksi kimi pasiyentlərində öz növbəsində tibb personalı ilə kommunikasiya bacarıqları bu baxımdan böyük əhəmiyyət daşıyır. Tədbirdə iştirak edən tibb əməkdaşlarına pasiyent hüquqlarının praktik tətbiqi üzrə nümunələr təqdim olunub. Müxtəlif real situasiyalar əsasında hüquq pozuntularının necə yarana biləcəyi izah edilib.

Eyni zamanda belə halların qarşısının alınması yolları müzakirə olunub. Pasiyentlər üçün keçirilən hissədə onların öz hüquqlarını bilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, məlumatlı pasiyent müalicə prosesində daha fəal iştirakçıya çevrilir. Hüquqlarını tanıyan şəxs tibbi göstərişlərə daha şüurlu yanaşır. Bu isə müalicə intizamının möhkəmlənməsinə səbəb olur.

Tədbir çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Xəstələrin qarşılaşdıqları sosial və psixoloji çətinliklər ətrafında fikir mübadiləsi aparılıb. Ayrı-seçkilik və damğalanma hallarının hələ də müəyyən narahatlıq doğurduğu qeyd edilib. Bu baxımdan ictimai maarifləndirmə işinin davamlı aparılmasının vacibliyi vurğulanıb. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin nümayəndələri çıxışlarında bildiriblər ki, təşkilatın əsas məqsədlərindən biri vərəm sahəsində insan mərkəzli yanaşmanın gücləndirilməsidir. Təşkilat hesab edir ki, tibbi xidmətlə yanaşı hüquqi və mənəvi dəstək də sağalma prosesinin ayrılmaz hissəsidir. Bu cür maarifləndirici görüşlər həm tibb personalı, həm də pasiyentlər arasında qarşılıqlı anlaşmanı gücləndirir. Eyni zamanda səhiyyə müəssisələrində daha humanist xidmət mühitinin formalaşmasına töhfə verir.

 

Tədbir iştirakçıları təqdim olunan məlumatların praktik baxımdan faydalı olduğunu bildiriblər. Xüsusilə, hüquqlar barədə sadə və anlaşıqlı izahların maariflənməyə ciddi təsir etdiyi vurğulanıb. Görüş zamanı iştirakçılara mövzu ilə bağlı məlumatlandırıcı materiallar da təqdim edilib. Sonda belə təşəbbüslərin mütəmadi keçirilməsinin vacibliyi bir daha qeyd olunub. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi bundan sonra da vərəmlə mübarizə sahəsində hüquq əsaslı maarifləndirmə fəaliyyətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib. Təşkilat inanır ki, məlumatlı tibb işçisi və məlumatlı pasiyent daha sağlam gələcəyin əsas təminatıdır.

Piranə Xasiyeva

Fotolar

AzPost.az

Post navigation

Previous: Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib
Next: “Desant qüvvələri İranda quru əməliyyatına başlamağa hazırdır”-

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.