Bu meyvə uşaqlarda isterikanı azalda bilər

Norveç alimlərinin apardığı yeni araşdırma göstərib ki, uşaqların gündəlik rasionunda meyvə və tərəvəzlərin olması onların psixoloji vəziyyətinə birbaşa təsir edir. Xüsusilə erkən yaşlarda düzgün qidalanma uşaqlarda həm emosional sabitliyi artırır, həm də davranış problemlərinin qarşısını almağa kömək edir.

AzPost xarici mediaya istinadla xəbər verir ki, tədqiqat nəticələrinə görə, gündəlik olaraq meyvə və tərəvəz yeyən uşaqlarda narahatlıq, depressiya və qapanıqlıq kimi daxili problemlər daha az müşahidə olunur. Əksinə, daha çox şirin və duzlu qəlyanaltılara üstünlük verən uşaqlarda aqressiya və diqqət çatışmazlığı kimi problemlər daha çox qeydə alınır. Alimlər xüsusilə vurğulayır ki, gündə bir alma yemək belə uşaqlarda isterik davranışların azalmasına müsbət təsir göstərə bilər.

Araşdırma çərçivəsində 4 yaşlı 363 uşaq və onların anaları üzərində analiz aparılıb. Nəticələr göstərib ki, sağlam qidalanma uşaqların sosial bacarıqlarına, məktəb uğurlarına və ümumi həyat keyfiyyətinə uzunmüddətli təsir edir. Mütəxəssislər bildirirlər ki, erkən yaşlarda formalaşan düzgün qida vərdişləri gələcəkdə həm psixi sağlamlıq, həm də sosial-iqtisadi uğurlar üçün mühüm rol oynayır.

Qeyd olunur ki, uşaqlarda davranış pozuntuları çox vaxt 5 yaşdan əvvəl formalaşır və erkən müdaxilə edilmədikdə məktəb dövründə də davam edə bilər. Bu səbəbdən alimlər valideynlərə uşaqların gündəlik rasionuna daha çox təbii və bitki mənşəli qidalar daxil etməyi tövsiyə edirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.