Biləsuvarda iki gənc bıçaqlanıb

Həbs
Həbs

Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır.

Hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakinləri – 2003-cü il təvəllüdlü Kənan Ramil oğlu Rəhimli və 2006-cı il təvəllüdlü Tərlan Niyaməddin oğlu Şahbazov bıçaqlanıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Boğaz nahiyəsindən ağır bıçaq xəsarəti alan K.Rəhimli dərhal reanimasiya şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Biləsuvarda iki gəncə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hadisə zamanı 23 yaşlı Kənan Rəhimli və 20 yaşlı Tərlan Şahbazov bıçaqlanıblar.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.