Kopenhagen Universitetindən bir qrup tədqiqatçı 100 yaşına qədər yaşayan insanların sirrini açmağa çalışıb.
Onlar 176 yüz yaşlı insanın tibbi qeydlərini araşdırıb və onların ortaq cəhətlərini aşkar ediblər.
Bu barədə Mirror məlumat verir.
Yeni bir araşdırma göstərib ki, 100 yaşına qədər yaşamağın sirri artıq bir insanın daxilində gizlənə bilər. Bu, bağırsaq bakteriyalarının unikal kombinasiyası ilə bağlıdır. Araşdırmaya görə, uzun ömür tamamilə bağırsaqdan asılıdır. Məsələn, müəyyən viruslar bağırsaq florasına və nəticədə sağlamlığa faydalı təsir göstərə bilər.
Tədqiqat rəhbəri Dr. Yoahim Yohansen qeyd edib ki, əvvəlki tədqiqatlar yaşlı yapon insanların bağırsaq bakteriyalarının onları xəstəliyə səbəb olan patogen mikroorqanizmlərə qarşı davamlı edən tamamilə yeni molekullar istehsal etdiyini göstərib.
Tədqiqatçılar bakteriyaların bağırsağı infeksiyadan qoruduğuna inanırlar. Bu, onların digərlərindən daha uzun yaşamalarının səbəblərindən biridir.
Eyni zamanda alimlər uzunömürlülüyə nail olmaqda düzgün qidalanmanın və fiziki fəaliyyətin vacibliyini inkar etmirlər. Onlar qeyd edirlər ki, sağlamlıqlarına qayğı göstərən və yaxşı fiziki formada olan insanlar orta hesabla beş il daha çox yaşayırlar. Bu nəticəni sağlam olmayan vərdişlərdən vaxtında imtina etməklə daha da yaxşılaşdırmaq olar.