Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Paşinyan küçədə Qarabağ ermənisi ilə dalaşdı:

User 18 May 2026 - 18:06 (Last updated: 18 May 2026 - 18:08)
pasinyan dava

Ermənistanın Baş naziri Paşinyan İrəvanda seçki təbliğatı zamanı Qarabağdan olan erməni ilə dalaşıb. 

Azpost.info bildirir ki, Qarabağdan İrəvana gəlmiş Artur Osipyan küçədə Paşinyana yaxınlaşıb və onu ittiham etməyə başlayıb.

Paşinyanla sual -cavab şəklində davam edən dialoq sonucda Baş nazirin qəzəbli mesajı ilə yekunlaşıb.

Paşinyan deyib ki, 1996-cı il Lissabon Zirvə Görüşündə Qarabağ məsələsinin öz müqəddəratını təyinetmə prinsipi əsasında həll edilməsi və Azərbaycan daxilində özünüidarəetmə qurumu statusunun verilməsi qərara alınıb. O bildirib ki, Qarabağ məsələsinin bu çərçivədən kənarda məsələnin həlli üçün başqa seçim yox idi.

Osipyan isə cavabında deyib ki, 2019-cu ildə aparılan danışıqlarda Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı heç nə olmayıb. Paşinyan cavab olaraq Qarabağ məsələsinin yalnız Azərbaycan daxilində həll edilə biləcəyini vurğulayıb. “Qarabağ məsələsi Ermənistanı tələyə salmaq üçün bir tələ idi”, – deyə o əlavə edib.

Osipyan Ermənistanın Müstəqillik Bəyannaməsini nümunə gətirərək, Ermənistanın maraqlarını irəli sürməyin vacibliyini vurğulayıb. Paşinyan cavab olaraq Müstəqillik Bəyannaməsini qəbul etmədiyini deyib. Baş nazir bu sənədin dövlətin əleyhinə olduğunu qeyd edib.

Daha sonra Osipyan deyib ki, azərbaycanlıların Ermənistanda məskunlaşması şərti var. Bundan sonra Paşinyan qəzəbələnib, vəziyyət daha da gərginləşib. Cangüdənlər Osipyanı uzaqlaşdırmağa başlayıb.

Paşinyan onun ünvanına qəzəblə qışqırıb: “Rədd olun buradan. Bu Qarabağ psevdoelitaları buradan rədd olmalıdır. Burada nə edirsiniz? Onlar kimdir? Bu Qarabağ psevdoelitaları bizə barmaq silkələyir. Rədd olun burdan! Siz kimsiniz? Artur Osipyan, başını divara vur. Uşaqlarımızın əvəzinə gedib ölməli idiniz. Quldurlar, vəhşilər. Qarabağ xalqını girov götürdünüz. Sən niyə sağsan? 5000 qurban haqqında danışasınız? Səninləyəm, ay əclaf! Şahramanyan niyə sağdır? Başqaları. Niyə qondarma parlament üzvləriniz sağdır? Niyə ölməyiblər? Hamısını məhv edəcəyəm”, -deyə Paşinyan bildirib.

AzPost.az

Post navigation

Previous: İran tələblərindən geri çəkilmək niyyətində deyil” –
Next: Bakıda WUF13-ün açılış mərasimi keçirilib –

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.