Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Dünyada ərzaq qiymətləri bahalaşır

User 19 May 2026 - 10:15 (Last updated: 19 May 2026 - 09:48)
erzaq artim

Son illərdə dünyada ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Beynəlxalq təşkilatların hesabatlarına görə, xüsusilə taxıl, şəkər, bitki yağları, ət və süd məhsullarında bahalaşma davam edir.

Azpost.info-nun məlumatına görə, ekspertlər hesab edirlər ki, bu proses təkcə iqtisadi deyil, həm də geosiyasi və iqlim faktorları ilə bağlıdır.

Dünyada ərzaq qiymətlərinin bahalaşması bir-biri ilə sıx bağlı olan qlobal iqtisadi, geosiyasi və təbii amillərin təsirindən qaynaqlanır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatları və iqtisadçı ekspertlərin təhlilləri qlobal bazarlarda qiymət artımını stimullaşdıran əsas səbəbləri kimi geosiyasi münaqişələr və təchizat zəncirinin pozulması qeyd olunur.

Ukrayna, Rusiya və Yaxın Şərqdə (İran-ABŞ gərginliyi) baş verən qlobal münaqişələr əsas taxıl və enerji ixracatçılarının fəaliyyətinə mane olur. Müharibələr və beynəlxalq sanksiyalar səbəbindən yükdaşıma marşrutları dəyişir, nəqliyyat və sığorta xərcləri kəskin artır. Yüksək neft və qaz qiymətləri, yanacağın bahalaşması birbaşa kənd təsərrüfatı texnikasının işlədilməsi və məhsulların daşınması xərclərini yüksəldir. Qaz bahalaşdıqda gübrə, ardınca isə məhsulun maya dəyəri artır.

Ekspertlər bildirirlər ki, iqlim dəyişiklikləri də bahalaşmanın əsas səbəblərindəndir. Dünyanın müxtəlif bölgələrində quraqlıq, sel və məhsuldarlığın azalması kənd təsərrüfatına mənfi təsir göstərir. Xüsusilə Afrikada və Asiyanın bəzi ölkələrində məhsul istehsalının azalması beynəlxalq bazarlarda qiymətlərin artmasına səbəb olur.

Enerji daşıyıcılarının bahalaşması da ərzaq qiymətlərinə birbaşa təsir edir. Çünki kənd təsərrüfatında istifadə olunan gübrə, yanacaq və logistika xərcləri artır. Bu isə məhsulun maya dəyərini yüksəldir. İqtisadçıların fikrincə, hazırda dünya bazarında ərzaq inflyasiyası qlobal təhlükə faktorlarından biri hesab olunur.

Bahalaşma Azərbaycanın daxili bazarına necə təsir edir?

Qlobal bazarlarda baş verən bahalaşma Azərbaycanın daxili bazarına birbaşa və dolayısı ilə ciddi təsir göstərir. Ölkəmizin iqtisadiyyatı dünya bazarına sıx şəkildə inteqrasiya etdiyindən, idxal olunan inflyasiya daxili bazarda ərzaq qiymətlərini formalaşdıran əsas amildir. Niderlandın ING Group maliyyə qrupunun təhlilinə əsasən, qlobal ərzaq qiymətlərindəki hər 10%-lik artım Azərbaycanda ümumi inflyasiyanı təxminən 1.5 faiz bəndi yüksəldir.

Azərbaycan bir sıra strateji ərzaq məhsullar — xüsusilə bitki yağları, kərə yağı, şəkər xammalı, bəzi ət-süd məhsulları və dənli bitkilər üzrə xarici bazarlardan əhəmiyyətli dərəcədə asılıdır. Beynəlxalq bazarda bu məhsulların qiyməti yüksəldikdə, daxili bazara da birbaşa baha qiymətlə daxil olurlar. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, Azərbaycanda illik ərzaq inflyasiyası 6,2% – 6,4% ətrafında dəyişir və bu artım ümumi inflyasiya tempini üstələyir.

Logistika marşrutlarının çətinləşməsi məsələni daha da mürəkkəbləşdirir. Azərbaycanın ərzaq idxal etdiyi Rusiya və İran kimi qonşu ölkələrdə yaşanan geosiyasi hərbi gərginliklər nəqliyyat xərclərini artırıb. Xüsusilə Hörmüz boğazı ətrafındakı risklər Cənub-Şərqi Asiyadan gələn məhsulların tranzit xərclərini yüksəldərək daxili bazarda qarğıdalı yağı, günəbaxan yağı və bəzi meyvələrin qiymətinə artırıcı təsir göstərib.

Yerli kənd təsərrüfatı məhsullarımız belə qlobal bahalaşmadan tam sığortalanmayıb. Çünki daxili istehsalda istifadə olunan gübrələr, toxumlar, kənd təsərrüfatı dərmanları (pestisidlər) və texnika hissələri xaricdən dollar və ya avro ilə idxal edilir. Bu komponentlər bahalaşdıqda, yerli fermerin yetişdirdiyi məhsulun maya dəyəri və beləliklə, bazardakı satış qiyməti artır.

Yanacaq xərclərinin artması rayonlardan paytaxt bazarlarına gətirilən kənd təsərrüfatı məhsullarının daşınma (logistika) xərclərini böyüdür, bu isə piştaxtadakı son qiymətə əlavə yük olaraq yansıyır.

Dövlət tərəfindən hansı addımlar atılır?

Daxili bazarı qlobal şoklardan qorumaq üçün ölkədə müəyyən preventiv tədbirlər tətbiq edilir.

Qiymət artımlarının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsirini azaltmaq üçün mütəmadi olaraq minimum əməkhaqqı, pensiya və müavinətlər artırılır. Süni qiymət artımının və rəqabət pozuntularının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən marketlərdə və topdansatış mərkəzlərində monitorinqlər gücləndirilir. Un, çörək və digər strateji ərzaq məhsullarında sabitliyi qorumaq üçün idxal rüsumlarına güzəştlər tətbiq edilir ki, kəskin qiymət sıçrayışları yumşaldılsın. Azərbaycanın bu sahədə orta müddətli hədəfi — daxili aqrar sektoru inkişaf etdirməklə xarici bazarlardan (idxaldan) asılılığı minimuma endirməkdir.

İqtisadçılar hesab edirlər ki, yerli istehsalın artırılması və kənd təsərrüfatına subsidiyaların genişləndirilməsi bahalaşmanın təsirlərini azaltmağa kömək edə bilər.

Sunay AYDIN

AzPost.az

Post navigation

Previous: Azərbaycanda minlərlə uşaq niyə əlil doğulur?
Next: Çin maşınları Bakıda küçələri ələ keçirir

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.