Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Gülzar Fərəcova “Axşam 7-də” küsmüş tamaşaçını teleməkana qaytarır

User 21 May 2026 - 19:04 (Last updated: 21 May 2026 - 19:04)
WhatsApp Image 2026-05-21 at 12.54.06

Azərbaycanın efirlərdən küsmüş tamaşaçısı Azərbaycan teleməkanına qayıdır. Hələlik azşamüstü musiqili şou-proqramların qısa bir zaman kəsiyində lokomotivinə çevrilməkdə olan ARB kanalında yayımlanan, daha çox müxtəlif forma və məzmunlu milli musiqini canlandıran “Axşam 7-də” proqramının səsi, rəngi, siması ilə…

…Gənc xanəndə Gülzar xanım Fərəcova təqdim edir bu verilişi. Səhv etmirəmsə elə may ayının əvvəlində muğam ustası, Xalq artisti, səhnəmizin məcnunu Mənsum İbrahimovun və onun muğam üçlüyünün verilişə dəvət olunması ilə start götürdü bu veriliş. Bu, həmin zamanlar idi ki, kimlərsə gizli şəkildə sosial yönümlü əttökən mənasız dramatikləşdirmə üzərində qurulmuş verilişlərin, o cümlədən efirdən yığışdırılmış adı musiqili-şou, özü 70 % qeybətçiliyə hesablanan verilişlərin bağlanması fonunda dövriyyəyə yersiz xəbərlər buraxır, guya “hamının o verilişlərin nostalgiyası ilə yaşadığına” insanları inandırmaq istəyirdilər. Bəzi saytlar bu fitvalara uyaraq hətta guya əllərindəki hansısa kriteriyaları ölçən “cihazlarla” müəyyənləşdirib “tv-lər tamaşaçısını itirdi”, “tv-lər tamaşaçısız qaldı” məzmunlu yazılar tirajlamağa başlamışdılar. Bunlar bəlkə qəsdən edilirdi, bəlkə də yox, hər halda həmin zərərli fikirləri ictimailəşdirən jurnalistlərimiz də təmsil etdikləri xalqın və dövlətin mənafeyini heç nəyə qurban verməməli idilər. Bu, bəlkə də təhsil eksperti, professor Şahlar Əsgərovun Azpost.info-ya müsahibəsində dediyi kimi “orta məktəblərimizdə tənqidi düşüncənin yetərincə təbliğ olunmamasının acı nəticəsidir ki, bizim bütövlükdə vətəndaş, xarakter kimi formalaşmağımızın da qarşısına sipər çəkir…”

Nə qonşu qeybətlərinə, nə efirdə qalmqala ehtiyac qalmır

…Amma Gülzar xanımın aparıcılığı ilə efirə ayaq açan “Axşam 7-də” az bir zamanda sübut etdi ki, tv-lərimizin bu istiqamətdəki boşluqlarını çox rahatca doldurmaq olarmış. Təki proqramı belə sanbalı, çəkisi ilə fərqlənən musiqi nömrələri və onların səviyyəli təqdimatı müşayiət etmiş olsun. Belə verilişlərdə nə yersiz artistizmə, nə qonşu qeybətlərinə, nə efirdə öpüşmələrə-filana ehtiyac qalmır. Hər kəs öz sənətini, öz bacarığını və öz istedadını ortaya qoyur. Xanəndə də, müğənni də, aktyor da, onları təqdim edən aparıcı da…

Ümumiyyətlə, hələ qəzetçilikdən üzü bəri media qurumları öz spesifik simaları ilə ilk baxışdanca tanınıblar. Zaman göstərir ki, üstəlik onlar bu vacib amili gözləməklə yanaşı, təmsil etdikləri xalqın və dövlətin də simasının təcəssümü olmalı, yenilənmiş dünya düzənlərində belə onun imicinin zərər görmədən müasirləşməsi proseslərində yer almalıdırlar. Bunu Azərbaycanın üçrəngli bayrağının üstündəki rəng çalarları da bizdən tələb edir. Bu çalarlar daim müasirləşməni təbliğ etməyimizi istəyir, tv-lərin “qeybət qutusu”na çevrilməsini isə əsla!..

Elşad Quliyev indiki efiri görsəydi…

…Mərhum teletənqidçi Elşad Quliyevdən hələ 2002-ci ildə aldığım müsahibədə demişdi ki, “tv-lər müğənnilərin doğum günlərini ictimai hadisə kimi təqdim etməklə məşğul olmağa başlayıblar”. O zaman hələ müğənnilər ancaq öz ad günlərindən danışırdılar efirdə. Daha indiki kimi xalaqızlarını, bacısının baldızlarının əmisi oğlanlarını və s. təbrik etmək, dəqiqələrlə onların haqqında danışmaq, saçyolduya çıxmaq, efirdə qucaqlaşmaq və başqa adını çəkmək istəmədiyim halların heç izi-tozu da yox idi. Və ya şəxsi insan həyatındakı ağrılı problemi “az sonra” deyib günlərlə, aylarla məzhəkə kimi uzatmaq, dramatikləşdirmək əlamətləri də. Elşad müəllim indiki dövrü görsəydi, bu ifadəni hansı formada işlədərdi görən?!..

Düzdü, bu yazıda musiqili-şou verilişləri ilə bağlı danışırıq. Amma insafən elə bu əsnada indiyədək fəaliyyətini Mətanət xanım Əliverdiyevanın aparıcılığı ilə Xəzər TV-də davam etdirən “Xəzər axşamı” da normal verilişlərdən sayılır. Bu əsnada müqayisəsinə ehtiyac olmasa da bəzi yaxşı nümunələri də sadalamağı özümüzə borc bilirik. İTV-nin “Ötən günlər”, “Bilirdinizmi”, “Qara bağ”, “61”, “Kim milyonçu olmaq istəyir?”, “Bir mahnının tarixçəsi” proqramları, 10-12 bölümlük serialları, Real TV-nin “Real Vətən”I, “Redaktor”u ən azı intellektli tamaşaçı auditoriyasını indiyədək efirin qarşısına kilidləyə bilir. Amma biz nə zamana qədər tv-yə baxmaq üçün həftənin həsrətlə şənbə-bazar günlərinin gəlişini gözləməliyik?! Yersiz şəkildə uzadılan milli serialları görəndə Allaha üz tuturuq ki, kaş bunlara əcnəbilər baxmayaydı. Mövzuları da əksərən çeşidli xəyanətlər…

…Bütün hallarda axşamüstü insanların ovqatını yüksəldən, onların yorğunluğunu canlarından çıxarmaq üçün ruhlarını oxşayan “Axşam 7-də” proqramını yeni dövrün musiqili-şou verilişlərinin qaranquşlarından hesab edə bilərik. Əlbəttə ki, Gülzar xanım və pult arxasındakı redaktorlar, digər əməkdaşlar, başlıcası ARB TV-nin siyasətini müəyyənləşdirib idarə edənlər bu sükandan bərk yapışmış olsalar…

Nəzirməmməd Zöhrablı

Azpost.info

 

 

AzPost.az

Post navigation

Previous: Britaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
Next: Özgür Özel CHP sədrliyindən kənarlaşdırıldı –

Oxşar xəbərlər

musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
44 filmi teqdimat
  • Mədəniyyət

Bakıda “44” bədii filminin premyerası olub

User 13 Oktyabr 2026 - 10:00

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.