Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Xətai 7” MMC-dən şikayət: sakinlər nədən narazıdır?

Orkhan Ali 22 May 2026 - 07:46 (Last updated: 22 May 2026 - 07:46)
FB_IMG_1779420934530_edit_14445041655894

Xətai rayonunda yerləşən yaşayış kompleksində sakinlərin kəskin narazılığına səbəb olan ciddi hüquq pozuntuları və əmək istismarı halları iddia edilir.

AzPost xəbər verir ki, sözügedən ünvanda fəaliyyət göstərən “Xətai 7” MMC-nin rəhbərliyi həm sakinlərin istehlakçı hüquqlarını tapdalamaqda, həm də texniki heyətin əməyini qanunsuz şəkildə istismar etməkdə ittiham olunur. Kompleks sakinləri adından müraciət edən Emin Alıyev mövcud qanunsuzluqlarla bağlı aidiyyəti dövlət qurumlarına rəsmi şikayət ünvanlayıb.

Sakinlərin bildirdiyinə görə, cari ildə kommunal ödənişlərin artırılması heç bir rəsmi və şəffaf razılaşdırma aparılmadan, birtərəfli qaydada həyata keçirilib. Rəhbərlik tərəfindən guya səsvermə keçirildiyi iddia edilsə də, sakinlərin əksəriyyətinin bu artımdan xəbərsiz olduğu və heç bir rəsmi protokolun təqdim edilmədiyi vurğulanır. Müntəzəm olaraq kommunal haqların toplanmasına baxmayaraq, binaların daxilində, mərtəbələrdə və ümumi istifadə daxilində olan həyət ərazisində heç bir abadlıq, cari təmir və ya yenidənqurma işləri aparılmır. Sakinlər MMC-nin əsas məqsədinin yalnız pul toplamaq olduğunu, lakin bunun müqabilində keyfiyyətli xidmət göstərilmədiyini bildirirlər.

Girişlərdə yerləşdirilən elanların yalnız ödəniş tələbləri ilə bağlı olduğunu deyən sakinlər, idarəetmənin qeyri-peşəkarlığından şikayətçidirlər. Ən ciddi problemlərdən biri isə MMC tərəfindən yaradılmış “WhatsApp” qrupunun yeganə rəsmi elan vasitəsi kimi məcburi tətbiq edilməsidir. Smartfon və ya sözügedən messencerdən istifadə etməyən sakinlərə rəsmi bildirişlərin verilmədiyi və onların məlumat alma hüquqlarının kobud şəkildə pozulduğu iddia olunur.

Şikayətdə yer alan ən sarsıdıcı məqamlardan biri isə kompleksdə xadimə kimi çalışan qadın işçilərin əmək istismarına məruz qalmasıdır. İddia edilir ki, təmizlik işçiləri şənbə və bazar günləri, hava şəraitindən asılı olmayaraq, məcburi qaydada işə çağırılırlar. İşçilərə qanunsuz olaraq yüklənilən əlavə iş günləri və artıq əmək müqabilində heç bir əlavə əməkhaqqı ödənilmir. Ümumilikdə təmizlik heyətinə verilən aylıq maaş əmək qanunvericiliyinin tələblərinə uyğun deyil və olduqca aşağı səviyyədədir. Bundan əlavə, şənbə və bazar günləri sakinlərin istirahət saatlarında binada aparılan səsli təmir işlərinə göz yumulması da vətəndaşların haqlı narazılığına səbəb olub.

Sakinlər yuxarıda qeyd olunan qanunsuzluq, özbaşınalıq və əmək istismarı hallarının hüquqi müstəvidə həll olunması üçün hərəkətə keçiblər. Vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və aidiyyəti hüquq-mühafizə orqanlarından təcili müdaxilə tələb edirlər.

Azpost.info qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

AzPost.az

Post navigation

Previous: Bakı–Tbilisi qatarına bilet satışı başlandı –
Next: Rusiya Ermənistana qadağa qoydu

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı 12 iyul 2026-cı il tarixində...
Read more about İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.