Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Gündəm

Rusiya Ermənistana qadağa qoydu

Orkhan Ali 22 May 2026 - 08:07 (Last updated: 22 May 2026 - 08:07)
Rusiya

Rusiya

Rusiya Federasiyasının baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidməti (“Rosselxoznadzor”) Ermənistandan ölkəyə gül idxalına məhdudiyyət qoyub. Qərar mayın 22-dən etibarən qüvvəyə minib.

AzPost.info Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya bazarının itirilməsi Ermənistan üçün ağır iqtisadi zərbə olacaq. Belə ki, İrəvan gül ixracından əldə etdiyi ümumi gəlirin 90%-dən çoxundan məhrum olmaq təhlükəsi ilə üz-üzədir.

Aparılan statistik təhlillərə əsasən, ötən il Ermənistan bu kateqoriyadan olan məhsulların satışından təxminən 49 milyon dollar qazanıb. Bu məbləğin əsas payı – 46 milyon dolları məhz Rusiyaya edilən tədarüklərin payına düşüb.

Ermənistanın gül ixrac etdiyi digər ölkələr və ordan gələn gəlirlər isə kifayət qədər simvolik xarakter daşıyır:

  • Gürcüstan: 2,3 milyon dollar

  • Qazaxıstan: 514,9 min dollar

Gül böhranı ilə yanaşı, “Rosselxoznadzor” Ermənistandan idxal olunan balıq məhsullarında da ciddi saxtakarlıq şübhələri aşkar edib. Qurum sənədlərdə “göyqurşağı alabalığı” (radujnaya forel) kimi qeyd olunan balıqların morfoloji əlamətlərinə görə reallıqda tamamilə fərqli məhsul olduğunu müəyyən edib. Bu səbəbdən bəzi erməni müəssisələrindən balıq tədarükü dayandırılıb və onlarda yoxlamalara başlanılıb.

AzPost.az

Post navigation

Previous: “Xətai 7” MMC-dən şikayət: sakinlər nədən narazıdır?
Next: İkiqat NASCAR çempionu 41 yaşında öldü

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.