Roma Papası ikinci dünya müharibəsinə dair məxfi arxiv materialarını açmağa qərar verib.
Azpost.info bildirir ki, sabahdan etibarən tarixçilər 1939-58-ci illərdə Papa olmuş 12-ci Piy arxiv sənədləri ilə tanış ola bilərlər.
12-ci Piyin müharibə zamanı fəaliyyəti barədə birmənalı fikir yoxdur.
Bu barədə qərarı Roma Papası Fransisk şəxsən qəbul edib. Papa bildirib ki, 12-ci Piyin ikinci dünya müharibəsi zamanı fəaliyyət dövrü “20-ci əsrin ən kədərli və qaranlıq anlarındandır”.
Bununla Fransisk 12 Piyin ünvanına tənqdilər səsləndirən tarixçilərin çoxsaylı müzakirələrinə işarə edib.