“ABŞ-la müzakirə olunan məsələlərin böyük hissəsi üzrə nəticə əldə edilib” –İran XİN

ABŞ-la danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə bildirib.

O deyib ki, hazırkı mərhələdə nüvə proqramının detalları müzakirə olunmur.

XİN sözçüsü qeyd edib ki, Livanda müharibənin dayandırılması məsələsi ilkin razılaşma layihəsinə daxil edilib.

Bəqainin sözlərinə görə, son günlərdə baş verən irəliləyiş Pakistanın vasitəçiliyi və digər bəzi ölkələr vasitəsilə aparılan bir neçə həftəlik danışıqların nəticəsidir.

“Müzakirə olunan məsələlərin böyük bir hissəsi üzrə nəticəyə gəldiyimizi demək olar, lakin bu, sazişin yaxın zamanda imzalanacağı anlamına gəlmir”, – o vurğulayıb.

Bəqai əlavə edib ki, ABŞ-da siyasi xətt sabit deyil və mövqe və baxışlarda ziddiyyətli dəyişikliklər mövcuddur. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.