Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Coca-Cola və “Azərsun”un anbarları ərazini bataqlığa çevirib-

User 25 May 2026 - 13:18 (Last updated: 25 May 2026 - 13:18)
sumqayt su

Sumqayıt şəhərinin girişinə yaxın, sakinlərin “Meronun arxası” kimi tanıdığı yaşayış massivində vəziyyət artıq dözülməz həddə çatıb.

Azpost.info bildirir ki, təxminən 700-dən çox fərdi yaşayış evinin yerləşdiyi, ümumi uzunluğu 1 kilometrə yaxın olan bu ərazidə insanlar illərdir ən vacib kommunal problemlərdən biri – kanalizasiya sisteminin olmaması ilə üz-üzədir.

Sakinlərin sözlərinə görə, son 8 il ərzində dəfələrlə kanalizasiya xəttinin çəkiləcəyi vəd edilsə də, bu vədlər kağız üzərində qalıb. Bu ilin mart ayından etibarən davam edən intensiv yağışlar isə problemi daha da kəskinləşdirib. Hazırda küçələr, həyətlər və ətraf ərazilər su altında qalıb, yaşayış massivi faktiki olaraq bataqlığa çevrilib.

Vəziyyəti ağırlaşdıran əsas səbəblərdən biri də ərazinin sonunda yerləşən “Coca Cola” və “Azərsun”un anbarı, həmçinin stəkan istehsalı sexinin tullantı və texniki sularını nasoslar vasitəsilə boş sahələrə axıtmasıdır. Kanalizasiya sisteminin olmaması səbəbindən həmin sular yağış suları ilə qarışaraq ərazidə böyük gölməçələr və bataqlıq sahələri yaradıb və torpaq sudan doyub.

Nəticədə sakinlər yalnız hərəkət çətinliyi ilə deyil, həm də ciddi sanitariya problemləri ilə üzləşiblər. Qurbağa və ağcaqanadların sürətlə çoxalması insanların gündəlik həyatını iflic edib. Xüsusilə uşaqlar, yaşlılar və xəstə insanlar üçün vəziyyət ciddi narahatlıq doğurur.

Ən acınacaqlı məqam isə odur ki, yüzlərlə ailənin yaşadığı bu ərazinin problemi illərdir həllini tapmır. Aidiyyəti qurumlar verilən vədlərin arxasında dayanmalı, kanalizasiya infrastrukturunun qurulması və ərazidə yığılan suların təxirəsalınmaz şəkildə kənarlaşdırılması üçün konkret tədbirlər görməlidirlər.

Sakinlər aidiyyəti qurumların nəhayət bu vəziyyətə biganə qalmayacağına ümid edirlər. Bu gün suyun içində qalan insanlar yalnız bir sual verir: 700-dən çox ailənin yaşadığı ərazi daha neçə il kanalizasiyasız və baxımsız qalmalıdır?

Problemin miqyasını əks etdirən görüntünü təqdim edirik.

 

https://azpost.info/wp-content/uploads/2026/05/WhatsApp-Video-2026-05-25-at-12.10.28.mp4

AzPost.az

Post navigation

Previous: Ölkədə bütün avtovağzallar gücləndirilmiş iş rejiminə keçir
Next: Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.