Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Ailə münasibətlərini qorumaq istəyənlər üçün stolüstü kitab

Orkhan Ali 26 May 2026 - 08:58 (Last updated: 26 May 2026 - 08:58)
WhatsApp Image 2026-05-26 at 08.49.11

Tanınmış psixoloq və ailə müşaviri Əfsələddin Rəhimovun oxucuların böyük marağına səbəb olacaq yeni kitabı işıq üzü görüb. “Yad kölgələr” adlanan kitab müasir cəmiyyətin ən yaralı yerlərindən birinə – ailə daxili böhranlara və boşanma səbəblərinə tamamilə fərqli, elmi və praktik bir baxış bucağı təqdim edir.

Ailə dağılmasına səbəb olan 18 şema

AzPost xəbər verir ki, müəllif yeni nəşrdə ailə institutunun sarsılmasına, münasibətlərin soyumasına və son nəticədə boşanmalara yol açan 18 əsas psixoloji şemanı (davranış və düşüncə modelini) təhlil edir. Kitabda ailə problemlərinin kökündə dayanan amillər sadəcə fərdi müstəvidə deyil, elmi, psixoloji və sosial aspektlərdən dərindən araşdırılır.

Oxucular üçün “Ailə Kursu” və tam terapiya effekti

Əfsələddin Rəhimovun sözlərinə görə, “Yad kölgələr” sadəcə bir oxu materialı deyil, hər bir ailə üçün bələdçi rolunu oynayacaq fundamental bir vəsaitdir:

“Bu kitab 18 şemanın ailə dağılmasında necə rol oynadığını aydın şəkildə göstərir. Burada ailə problemlərinin elmi, psixoloji və sosial təhlilləri öz əksini tapıb. Kitabı həm də bitkin bir ‘Ailə Kursu’ və tam bir terapiya seansı adlandırmaq olar.”

Münasibətlərini qorumaq istəyənlər üçün stolüstü kitab

“Yad kölgələr” kitabı ailə həyatı qurmağa hazırlaşan gənclər, münasibətlərində böhran yaşayan cütlüklər və bu sahədə çalışan mütəxəssislər üçün dəyərli bir mənbədir. Kitab oxucuya öz səhvlərini görmək, tərəfdaşını daha yaxşı anlamaq və ailə daxili münaqişələri vaxtında həll etmək üçün praktik yollar təklif edir.

Münasibətlərin pərdəarxası məqamlarına işıq salan “Yad kölgələr”i artıq paytaxtın kitab mağazalarından əldə etmək mümkündür.

Kitabı əldə etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilər.

+994 50 576 29 02

AzPost.az

Post navigation

Previous: Pezeşkian İranda internetə çıxışın bərpası barədə fərman imzalayıb
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.