Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İranın bloklanmış 24 milyard dollarının azad ediləcəyi gözlənilir

User 26 May 2026 - 14:10 (Last updated: 26 May 2026 - 14:10)
abs iran danisiq

İranın xarici işlər naziri Abbas Əraqçi və spiker Məhəmmədbaqir Qalibafın Qətərə səfəri uğurlu olub və danışıqlarda müsbət irəliləyiş qeydə alınıb.

“Tasnim” İranın danışıqlar heyətinə yaxın mənbəyə istinadən yazıb ki, İranın dondurulmuş vəsaitləri danışıqlar müddətində azad edilməlidir.

Mənbənin sözlərinə görə, memorandumun 14 maddəlik bəndlərinə əsasən bu məbləğ 24 milyard dollar kimi qiymətləndirilir. Belə ki, İran bu məbləğin yarısının memorandumun elan edildiyi andan etibarən əlçatan olmasını, qalan hissənin isə 60 gün ərzində köçürülməsini tələb edir.

Bildirilib ki, Qalibafın Qətərə səfər etməkdə məqsədi məhz bu tələb üzrə razılaşma və ilkin mərhələdə 12 milyard dollara çıxışın təmin edilməsi ilə bağlı maneələrin aradan qaldırılması olub.

Mənbə qeyd edib ki, Cənubi Koreya və Qətərdə İran vəsaitlərinin azad edilməsi ilə bağlı əvvəlki təcrübə nəzərə alınaraq, bu dəfə icra mərhələsinin diqqətlə izlənməsi vurğulanıb.

Qeyd olunub ki, səfər məhz əvvəlki təcrübədən yararlanmaq və bu məbləğlərə çıxışda hər hansı problemin yaranmasının qarşısını almaq üçün baş tutub.

Mənbənin sözlərinə görə, səfər bu baxımdan müsbət nəticə verib. Bundan başqa, ümumilikdə Qətərdəki danışıqların yaxşı keçdiyi və dialoqun irəliləyişə səbəb olduğu vurğulanıb. Bununla yanaşı, mənbə ABŞ-ın etibarsız tərəf kimi tanındığını və buna görə İranın məsələlərə böyük ehtiyatla yanaşdığını vurğulayıb. /APA/

AzPost.az

Post navigation

Previous: Almatıda “Oljas Süleymenov Azərbaycanın gözü ilə” kitabı təqdim olunub
Next: “Azərsun Holdinq” aztəminatlı ailələrə bayram sovqatı hədiyyə etdi

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.