Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Azərbaycanda ən çox sürülən avtomobil markaları –

User 27 May 2026 - 11:30 (Last updated: 27 May 2026 - 10:43)
avtomobil bazari

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676.1 min ədədə çatıb. Bu, əvvəlki illə müqayisədə 90.8 min ədəd və ya 5.73% artım deməkdir.

Avtomobil parkında ən böyük paya malik marka əvvəlki illərdə olduğu kimi VAZ (LADA) olub. Vacib bir qeydlə bildirək ki, burada bütün modifikasiyada olan VAZ-lar hesablanır. Lakin bu markanın sayı il ərzində 135.5 min ədəd və ya 33.8% azalaraq 265.6 minə düşüb.

İkinci yerdə “Mercedes” qərarlaşıb. Alman markasının avtomobillərinin sayı 222.1 min ədədə yüksələrək illik müqayisədə 0.82% artıb. Öncəki illərlə müqayisədə daha aşağı templə artır. İlk beşlikdə həmçinin “Hyundai” (153.9 min), “Toyota” (124.9 min) və KIA (107 min) yer alıb. Bu markaların hər biri üzrə illik artım 7-9% intervalında olub.

Ən diqqətçəkən dinamika isə Çin istehsalı markalarda müşahidə olunub. “Changan” avtomobillərinin sayı bir ildə 8.95 mindən 38.8 minə yüksələrək 333% artıb. BYD markası üzrə artım 385% olub və avtomobillərin sayı 19.8 minə çatıb.

Elektrikli avtomobil istehsalçısı “Tesla” da sürətli artım göstərib. Ölkədə “Tesla” markalı avtomobillərin sayı bir ildə 535-dən 1,144-ə yüksələrək 113.8% artıb.

Çin markaları arasında “Geely” 47.1%, “Haval” 24.2%, BAIC 33.8%, “Dong Feng” 100%, GAC 68.3%, JAC isə 255% artım nümayiş etdirib. Bu tendensiya son illərdə bazarda Çin avtomobillərinə marağın sürətlə yüksəldiyini göstərir.

Ənənəvi sovet və köhnə markalarda isə azalma davam edib. QAZ (“Volqa”) avtomobillərinin sayı 2.64%, “Moskviç” 1.17%, “Zaporojets” 1.56%, “Tofaş” 3.53%, “Daewoo” isə 4.12% azalıb.

Premium seqmentdə də artım qeydə alınıb. BMW markalı avtomobillərin sayı 5.2% artaraq 46.9 minə, “Land Rover” 12.9% artaraq 14.3 minə, Porsche isə 5.19% artaraq 2,738 ədədə yüksəlib. “Rolls Royce” avtomobillərinin sayı da 14.9% artaraq 85-ə çatıb. /Banker.az/

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 1 yanvarına 1 milyon 502 min, 20250ci ilin eyni dövrünə isə 1 milyon 585 min ədəd minik avtomobili vardı:

4534 scaled

AzPost.az

Post navigation

Previous: “4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub”
Next: Çində robotlara “şəxsiyyət vəsiqəsi” verilir

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.