Ukraynanın bütün ərazisi üzrə hava hücumu xəbərdarlığı verilib

Ukrayna ərazisində hava hücumu xəbərdarlığı verilib.

Azpost.info bildirir ki, TSN-in məlumatına görə, hava qüvvələri axşamı Rusiyada MiQ-31K qırıcı təyyarəsinin uçuşu ilə əlaqədar xəbərdarlıq edib: “Diqqət. Bütün Ukrayna raket hücumu riski altındadır! MiQ-31K-nin uçuşu aşkar edilib”.

“Monitorinqə görə, iki MiQ-31K havadadır. “Kinjal” raketinin buraxılması və ya simulyasiya edilmiş buraxılışı ilə bağlı xəbərdarlıq var”.

Daha sonra onlar aydınlaşdırıblar ki, “Kinjal” Çerniqov bölgəsi üzərindən Kiyev bölgəsinə uçur”, -deyə Ukrayna televiziya kanalı bildirib.

Qeyd olunur ki, MiQ-nin uçuşu ilə bağlı hava hücumu xəbərdarlığı Kh-47M2 “Kinjal” aeroballistik raketinin buraxılışı təhlükəsini göstərir. MiQ-31K qırıcısı 2000 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.