ABŞ səfirliyi Kiyevdən təxliyə olunub?

ABŞ səfirliyi istisna olmaqla, heç bir Avropa ölkəsinin səfirliyi Kiyevdəki missiyasını təxliyə etməyib.

Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gedərkən bildirib.

 

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy isə ABŞ-ın diplomatik nümayəndəliyinin Ukrayna paytaxtını tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

O qeyd edib ki, ABŞ səfirliyinin Kiyevdən çıxması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.