Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Holcim Azərbaycan şirkətinin fəaliyyəti araşdırılsın” –

User 29 May 2026 - 16:52 (Last updated: 29 May 2026 - 16:52)
holcim

Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.

Məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.

Qeyd edilib ki, məlumatlara əsasən, Lafarge şirkəti 2012–2014-cü illərdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsinə və silahlı ekstremist qrupların bölgədə nəzarətinin artmasına baxmayaraq, Suriyanın şimalındakı Cəlabiyə sement zavodunda fəaliyyətini davam etdirib.

Məktubda bildirilib ki, keçmiş əməkdaşların ifadələri və məhkəmə materialları göstərir ki, şirkət kommersiya fəaliyyətini yerli işçilər ağır təhdidlər, adam oğurluqları və zorakılıq halları ilə üzləşdiyi bir şəraitdə aparıb: “Kommersiya fəaliyyətinin davam etdirilməsi müqabilində beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD kimi qruplara maliyyə və maddi dəstək göstərilməsi ilə bağlı ciddi faktlar hüquqi, etik və humanitar baxımdan dərin narahatlıq doğurur.

2022-ci ilin oktyabr ayında ABŞ federal məhkəməsində Lafarge və onun Suriyadakı törəmə müəssisəsi xarici terror təşkilatlarına maddi dəstək göstərdiyini etiraf edib. Məhkəmə qərarına əsasən, şirkət sement zavodunun fəaliyyətini davam etdirmək məqsədilə İŞİD və “Əl-Nusra Cəbhəsi”nə ödənişlər etdiyinə görə cinayət cərimələri və müsadirə daxil olmaqla, ümumilikdə 777,78 milyon dollar məbləğində cərimə ödəyib.

Bundan əlavə, 13 aprel 2026-cı il tarixində Paris Cinayət Məhkəməsi Lafarge şirkətini və onun dörd keçmiş rəhbər şəxsini 2013–2014-cü illərdə terror qruplaşmalarına 5.5 milyon avro ödənilməsində təqsirli bilmişdir. Məhkəmə şirkət barəsində maksimum məbləğdə cərimə, keçmiş rəhbərlər barədə isə həbs cəzaları müəyyən etmişdir. Hazırda Lafarge şirkəti insanlıq əleyhinə cinayətlərdə mümkün iştirakla bağlı istintaq altındadır”.

Aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətdə vurğulanıb ki, beynəlxalq araşdırmalarda və məhkəmə proseslərində bildirildiyi kimi, bu hərəkətlər silahlı zorakılıqda, terrorizmin maliyyələşdirilməsində, mülki əhaliyə qarşı genişmiqyaslı pozuntular və insanlıq əleyhinə cinayətlərdə korporativ iştirakın qarşısını almağa yönəlmiş beynəlxalq normalara ziddir.

“Holcim Azərbaycan şirkətinin regionda əhəmiyyətli sənaye aktoru kimi rolunu nəzərə alaraq, hesab edirik ki, o, ən yüksək şəffaflıq, insan hüquqları üzrə lazımi araşdırma və etik biznes standartlarına riayət etmək məsuliyyəti daşıyır. Şirkət, beynəlxalq humanitar hüquqa, korrupsiyaya qarşı mübarizə standartlarına və silahlı və ya sanksiya altında olan qruplara birbaşa və ya dolayısı yolla dəstəyin qarşısının alınmasına dair açıq və şəffaf öhdəlik nümayiş etdirməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Holcim Qrupunun törəmə şirkəti olan Holcim Azərbaycan şirkətinin bütün fəaliyyətləri ilə bağlı şəffaf araşdırmalar aparılmasını xahiş edirik”, – deyə müraciətdə qeyd olunub.

Bir qrup QHT Holcim Azərbaycan şirkətinin fəaliyyətinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edibBir qrup QHT Holcim Azərbaycan şirkətinin fəaliyyətinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib

AzPost.az

Post navigation

Previous: Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə edilir –
Next: Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.