Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Polis onlayn qumarbazlara qarşı əməliyyat keçirib

User 01 İyun 2026 - 19:00 (Last updated: 01 İyun 2026 - 19:34)
kibercin

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər saxlanılıb.

“Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur. Sosial şəbəkələrdə “asan qazanc”, “bonus”, “pulsuz balans” kimi vədlərlə təqdim olunan bu platformalar minlərlə insanı qanunsuz əməllərə sövq edir.
Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda maddi ziyan, psixoloji asılılıq və törədilən bu qanunsuz əmələ görə azadlığın məhdudlaşdırılması ilə yekunlaşır.

Bir çox ölkələrdə hüquq-mühafizə orqanları artıq qanunsuz onlayn kazino şəbəkələrinə qarşı mübarizəni gücləndirib. Bu məqsədlə kibermonitorinq sistemləri təkmilləşdirilib, maliyyə əməliyyatlarına nəzarət artırılıb. Azərbaycanda isə qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı mübarizə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər – Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb”, məlumatda deyilir.

Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər iki şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırıb: “Yaddan çıxarmaq olmaz ki, yalnız qanunsuz kazino oyunların təşkili yox, həmin oyunlarda iştirak da hüquqi məsuliyyət yaradır”.

AzPost.az

Post navigation

Previous: İran İsrailin hücumlarına görə ABŞ-la danışıqları dayandırıb
Next: Bakıda qayınata gəlinini öldürüb

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. Türkiyə lideri...
Read more about Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.