Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri – FOTOLAR

Orkhan Ali 03 İyun 2026 - 12:03 (Last updated: 03 İyun 2026 - 12:03)
photo_2504

Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.

Rəngarəng bayram proqramı çərçivəsində uşaqlar müxtəlif oyun elementlərindən istifadə edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Proqram çərçivəsində uşaqlara nahar süfrəsi qurulub, onlarla xatirə şəkilləri çəkilib və asudə vaxtlarının səmərəli keçməsi məqsədilə müxtəlif əyləncəli fəaliyyətlər icra edilib.

Şəhid ailələrinin üzvləri və qazilər göstərilən hərtərəfli diqqət, mənəvi dəstək və daimi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təşkilatçılar vurğulayıblar ki, tədbirin əsas məqsədi şəhid və qazi ailələrinin övladlarına diqqət və qayğı göstərmək, onların bayram sevincini bölüşməkdir.

Tədbirin sonunda balacalara müxtəlif bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir.

AzPost.az

Post navigation

Previous: Soyqırım və deportasiya qurbanları ilə bağlı dəyirmi masa keçirilib
Next: Ədəbi varislik zənciri – sözdən hörülmüş qırılmazlıq kəməndi…

Oxşar xəbərlər

teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20
Toy
  • Sosial

Camış əti və süni kürü… 41 şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı

User 17 Noyabr 2026 - 18:18
leyla
  • Sosial

ƏSA Teatrının aktrisası Leyla Musayeva vəfat etdi

User 17 Noyabr 2026 - 16:38

xƏBƏR

london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Böyük Britaniya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin tikintisi ilə əlaqəli səkkiz şirkətə qarşı sanksiyalar tətbiq...
Read more about Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama abs tehluksezliyi
  • Dünya

ABŞ-ın məxfi məlumat şəbəkəsi çökdü – Trampın təhlükəsizliyi ilə bağlı açıqlama

User 17 Noyabr 2026 - 21:35
Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir nvidia rehber
  • Dünya

Nvidia-nın keçmiş rəhbəri geri qayıtmaq istəyir – Təklif gözləyir

User 17 Noyabr 2026 - 21:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.