Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

ABŞ-dan “Alibaba” və BYD barədə sərt qərar –

User 09 İyun 2026 - 00:34 (Last updated: 09 İyun 2026 - 00:24)
cin avto byd

Pentaqon “Alibaba”, BYD, “Baidu” və başqa bir neçə Çin şirkətini ABŞ-da fəaliyyət göstərən “Çin hərbi şirkətləri” kimi xarakterizə edərək, onları Amerika kapitalına, texnologiyasına və dövlət müqavilələrinə çıxışı məhdudlaşdırılan şirkətlərin qara siyahısına salıb.

“South China Morning Post” qəzeti xəbər verir ki, iyunun 10-u günü dərc olunması planlaşdırılan federal reyestr bildirişində Pentaqonun Çin şirkətlərinin “Milli müdafiə səlahiyyəti” qanununun 1260H bölməsi çərçivəsində təyinat tələblərinə cavab verdiyini müəyyənləşdirdiyi qeyd olunub. Bu bölmə Pentaqondan ABŞ-də birbaşa və ya dolayı yolla fəaliyyət göstərən və Çinin hərbi-mülki strategiyasını dəstəkləyən Çin şirkətlərini müəyyən etməsini tələb edir.

Yeni siyahı ənənəvi müdafiə, nəzarət və dövlətə məxsus sənaye qruplarından kənara çıxaraq, Çinin ən çox tanınan özəl və qabaqcıl şirkətlərini, o cümlədən elektron ticarət nəhəngi “Alibaba”, elektrik nəqliyyat vasitələri istehsalçısı BYD, axtarış və süni intellekt şirkəti “Baidu”, elektrik avtomobil istehsalçısı “Nio”, biotexnologiya firması “WuXi AppTec”, günəş enerjisi istehsalçıları “JA Solar” və “Trina Solar”, robot istehsalçısı “Unitree”, lidar qurğuları istehsalçısı “Hesai” və “RoboSense”, şəbəkə avadanlığı istehsalçısı “TP-Link”i də əhatə edir.

Pentaqon, həmçinin 2025-ci ilin yanvarında dərc edilmiş siyahının əvvəlki versiyasından “China International Information Services”, “China National Chemical Engineering”, dövlətə məxsus enerji nəhəngi CNOOC-un 2 törəmə şirkətini, “Cosco Shipping Finance” da daxil olmaqla 10 qurumu çıxarıb.

AzPost.az

Post navigation

Previous: ABŞ-dan Qafqazla bağlı yeni qanun –
Next: Əfqan Sadıqov həbs edilib

Oxşar xəbərlər

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.