“ABŞ Silahlı Qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:15-də Baş Komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı əlavə özünümüdafiə zərbələri endirməyə başlayıb”.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumatda zərbələrin İranın əsassız və davam edən təcavüzünə cavab olaraq həyata keçirildiyi bildirilib.
“Fox News”a açıqlamada ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İrana qarşı yeni hücum dalğasında 49 “Tomahawk” qanadlı raketindən istifadə edib. Tramp onu da əlavə edib ki, bəzi hədəflər Tehrandan 65 kilometrə qədər məsafədə yerləşir.
“The Wall Street Journal” qəzeti bildirir ki, Pentaqonun yaydığı xəbərə görə, bu hücumlar İranı danışıqlar masasında güzəştə getməyə məcbur etmək məqsədi daşıyan məcburi diplomatiya aktıdır”.
“ABŞ ordusu Trampın göstərişi ilə İrandakı birdən çox hədəfə növbəti hücum mərhələsini başa çatdırdı”.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.