Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Uşaqlara psixoloji dəstəklə bağlı təlim keçirilib

User 11 İyun 2026 - 10:45 (Last updated: 11 İyun 2026 - 11:38)
qht ciraq

“Çıraq” Uşaq və Yeniyetmələrə Dəstək ictimai birliyi 1 may tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əqli gerilik və davranış pozuntularından əziyyət çəkən uşaqlara psixoloji dəstəyin göstərilməsi” adlı layihənin icrasına başlamışdı.

Layihənin məqsədi əqli gerilik və davranış pozuntuları müşahidə olunan uşaqlara psixoloji dəstəyin göstərilməsidir. 10 iyun tarixində layihəyə cəlb olunan uşaqlara “Təfəkkürün inkişaf etdirilməsi” adlı təlim keçirildi. Keçirilən təlim zamanı layihədə iştirak edən 15 uşaqla təfəkkürün inkişaf etdirilməsinə yönəlmiş korreksiyaedici və inkişafetdirici məşğələlər təşkil olunub.

Təlimin əsas məqsədi uşaqlarda məntiqi düşünmə, səbəb-nəticə əlaqələrini anlama, analiz və sintez etmə, müqayisə aparma, problem həll etmə, ümumiləşdirmə və qərarvermə bacarıqlarının inkişaf etdirilməsi olub. Məşğələlər zamanı uşaqların yaş və inkişaf xüsusiyyətlərinə uyğun müxtəlif metodika, didaktik material və vizual vəsaitlərdən istifadə edilib.

Təfəkkürün inkişafı məqsədilə rəng-kodlaşdırılmış məntiq tapşırıqları, nümunəyə uyğun düzülüşlər qurma, predmetlərin məkan yerləşməsini müəyyən etmə, sxem və modellər üzrə fəaliyyətlər, rəng və rəqəm uyğunluqlarını müəyyən etmə, nümunəyə əsasən fiqur və predmetləri yerləşdirmə,  kölgə və predmet uyğunlaşdırma tapşırıqları, əşyaların xüsusiyyətlərinə görə qruplaşdırılması, səbəb-nəticə əlaqələrinin müəyyənləşdirilməsi, müqayisə və ümumiləşdirmə məşqləri, problem vəziyyətlərinin həlli üzrə çalışmalar həyata keçirilib.

İstifadə olunan metodikalar uşaqlarda
– məntiqi təfəkkürün inkişafı,
– analiz və sintez bacarıqları,
– müqayisə etmə, ümumiləşdirmə, təsnifat aparma
– səbəb-nəticə əlaqələrini anlama,
– məkan təsəvvürləri,
– problem həll etmə  bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Təlim müddətində bəzi uşaqlarda məntiqi əlaqələrin qurulmasında, tapşırığın şərtini anlamaqda və müstəqil qərar verməkdə çətinliklər müşahidə edilmişdir. Bununla yanaşı, əyani və praktik materiallardan istifadə uşaqların fəaliyyətə marağını artırıb, tapşırıqların yerinə yetirilməsini asanlaşdırıb.

Fotolar

AzPost.az

Post navigation

Previous: Kenan Doğulu və Beren Saat narkotik ittihamı ilə saxlanıldı
Next: 70 min manatlıq qızıl oğurladı –

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.