Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

User 12 İyun 2026 - 11:20
veyseloqu esas

5–7 iyun 2026-cı il tarixində Veysəloğlu Şirkətlər Qrupunun nümayəndə heyəti Latviyanın Riqa şəhərində keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 35-ci İllik Toplantısı və Biznes Forumunda iştirak edib.

Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Veysəloğlu, Qrupun Baş Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Könül Kərimova və Qrupun Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev iştirak ediblər.

“Qeyri-sabitlikdən çevikliyə – dəyişən dünyada innovativ iqtisadiyyatlar” mövzusuna həsr olunmuş tədbir qlobal maliyyə institutlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirərək iqtisadi dayanıqlılıq, investisiya mühitinin inkişafı və özəl sektorun rolunun gücləndirilməsi istiqamətlərində fikir mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Tədbir çərçivəsində Qrup nümayəndələri AYİB-in birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Greg Guyett, Korporativ Sektor üzrə idarəedici direktoru Jean-Marc Peterschmitt, AYİB-in Azərbaycan üzrə rəhbəri Nataly Mouravidze və direktor müavini Andrius Matiuchinas ilə görüş keçiriblər.

Görüş zamanı AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında mövcud əməkdaşlıq, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər, xüsusilə ölkəmizdə iqtisadi inkişaf, iqtisadiyyatda pərakəndə sektorunun önəmi, özəl sektorun inkişafı istiqamətində beynəlxalq praktikaların tətbiqi, özəl sektora infrastruktur və qanunvericilik üzrə lazımi dəstəyin göstərilməsi, özəl sektorun maliyyələşdirilməsi, mövcud layihələrin davamlılığı və yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

AYİB-in təşkilatçılığı ilə keçirilən təcrübə mübadiləsi çərçivəsində Latviyanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Maxima Latvia-nın rəhbərliyi ilə görüş keçirilib. Şirkətin baş icraçı direktoru Karolina Zygmantaite və maliyyə direktoru Edmunds Badüns pərakəndə satış sahəsindəki təcrübələrini bölüşüb.

AYİB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında uzunmüddətli əməkdaşlıq münasibətləri tərəflərin strateji hədəflərinə uyğun olaraq daha da genişlənməkdədir.

 

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Next: Dağlıq Şirvanda 53 523 ha suvarılan sahə mövcuddur –

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.