Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Mallar gətirilmədi, pul geri qaytarılmadı: Ləğv olunmuş MMC təqsirli bilindi

Orkhan Ali 16 İyun 2026 - 11:00 (Last updated: 16 İyun 2026 - 11:07)
rusiyamehkeme
Ötən il ləğv edilən “R.A. International General Trading” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xaricə külli miqdarda vəsait köçürdüyü məlum olub.
Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Məlum olub ki, 2024-cü il tarixdə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 107.952,16 dollar məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi “R.A İnternational General Trading” MMC-yə məlumat verilməsinə baxmayaraq, şirkət rəhbərliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib və bunun səbəbi barədə məlumat verməyib.
Məhkəmənin qərarı ilə “R.A İnternational General Trading” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi həcmində – 21.590,43 dollar məbləğində (məzənnə üzrə 36.703,73 AZN) cərimə olunub.
Qeyd edək ki, “R.A İnternational General Trading” MMC 2025-ci ildə ləğv prosesinə başlayıb və rəsmi olaraq fəaliyyətinə xitam verilib. Ləğv etmə dövründə şirkətin baş direktoru Səfərli Vasif Salman oğlu olub. Rəsmi sənəddə nizamnamə kapitalı 10 manat olan MMC-nin hazırda qanuni təmsilçisi Vəliyev Taleh Xalid oğlu göstərilir.

AzPost.az

Post navigation

Previous: “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib
Next: İlham Əliyev Vatikanın prefektini qəbul edib

Oxşar xəbərlər

4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d
  • Aktual

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? – AÇIQLAMA

Orkhan Ali 18 Noyabr 2026 - 15:46
ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18

xƏBƏR

pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra tutduğu vəzifədən gedəcəyini vəd edib. Bu barədə...
Read more about Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.