Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bakıda yeni metro və yol layihələri “qızıl zonalar” yaradır –  

User 20 İyun 2026 - 12:38 (Last updated: 20 İyun 2026 - 12:39)
menzil

Bakıda həyata keçirilən yeni metro xətləri və avtomobil yol layihələri paytaxtın daşınmaz əmlak bazarında ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.

Azpost.info bildirir ki, nəqliyyat infrastrukturunun genişlənməsi adətən şəhərin “qiymət xəritəsini” yenidən formalaşdırır və yeni investisiya zonaları yaradır.

Ekspertlərin fikrincə, metro və əsas yol infrastrukturuna yaxın ərazilərdə mənzil qiymətləri orta və uzunmüddətli dövrdə 10–30% aralığında artım potensialına malikdir.

Bakıda hansı metro layihələri planlaşdırılır?

Rəsmi açıqlamalara əsasən, Bakı metropoliteninin inkişafı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində genişləndirilir. Planlara görə 10 yeni metro stansiyasının inşası nəzərdə tutulur.

“Yaşıl xətt” üzrə Ağ şəhər və Yeni Günəşli istiqamətində genişlənmə planlaşdırılır, “Bənövşəyi xətt” üzrə Xətai, Babək prospekti və şəhərin mərkəzi hissələrinə yeni çıxışlar yaradılacaq. “Qırmızı” və “Yaşıl xətt”lərin daha effektiv inteqrasiyası üçün yeni keçidlər inşa olunacaq.

Bununla paralel, yeni yol layihələri də şəhərin şimal və şərq istiqamətində hərəkət axınını dəyişəcək. AYNA-nın məlumatına görə, bir sıra magistral yolların 2026–2027-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.

Daşınmaz əmlak üzrə ekspertlərin ümumi fikrinə görə, metro və əsas yol infrastrukturu hər zaman üç əsas təsir yaradır:

Əlçatanlığın artması: Şəhər mərkəzinə vaxt azalır.

İnvestisiya marağı:  Tikinti şirkətləri həmin zonalara yönəlir.

Kirayə tələbinin artması: Tələb artdıqca qiymət yüksəlir.

Əmlak analitiklərini fikrincə, metro xətti elan edilən ərazilərdə qiymətlər adətən tikinti başlamadan belə reaksiya verir. Ən böyük artım isə stansiya açılışına yaxın mərhələdə baş verir.

Hansı rayonlar daha çox bahalaşa bilər?

Xətai və Ağ Şəhər zonası: Bura “Bənövşəyi xətt”in əsas inkişaf istiqamətidir. Ərazidə yeni iş yerləri və yaşayış kompleksləri, premium mənzil bazarı formalaşır. Proqnoza görə, yüksək qiymət artımı və “elit zona” statusunun güclənməsi bahalaşma üçün stimul verəcək.

Yeni Günəşli – Köhnə Günəşli: “Yaşıl xətt” üzrə genişlənmə perspektivi bahalaşma perspektivi vəd edir. Bura uzun illər nisbətən ucuz bazar olub. Amma metro xətti ilə yeni stansiyalarla əlçatanlıq artacaq. Proqnoza görə, bu ərazi orta təbəqə üçün ən çox bahalaşacaq zonalardan biri olacaq.

Babək prospekti- NZS istiqaməti: Bura sənaye zonalarının transformasiyası gözlənilir. Yeni metro və yol kəsişmələri, köhnə sənaye ərazilərinin “yaşayış zonasına çevrilməsi” sürətli dəyər artımı potensialı vəd edir.

Binəqədi və Dərnəgül istiqamətində ərazilər də bahalaşacaq. Şəhərin şimal giriş hissəsi kimi logistika və yeni yol layihələri, metro genişlənmə planları ilə bağlı gözləntilər buranı uzunmüddətli investisiya zonası kimi perspektiv yaradır.

Əmlak bazarı üzrə mütəxəssislərin fikrincə, metro layihələri elan olunan zonalarda qiymətlər əvvəlcədən artır, tikinti mərhələsində artım daha da sürətlənir. Stansiya istifadəyə veriləndən sonra bazar stabilləşir. İqtisadçılar hesab edir ki, nəqliyyat infrastrukturu dəyişiklikləri Bakı kimi şəhərlərdə daşınmaz əmlakınqiymətlərinə  ən güclü təsir faktorudur.

 Hansı ərazilər “qızıl zona”ya çevrilir?

Bakıda yeni metro və yol layihələri nəticəsində ən böyük dəyər artımı gözlənilən istiqamətlər Xətai – Ağ Şəhər, Yeni Günəşli – Köhnə Günəşli, Babək prospekti, Binəqədi – Dərnəgül olacaq.

Ən real ssenari odur ki, növbəti 3–5 il ərzində bu ərazilərdə mənzil qiymətləri orta bazardan daha sürətli artacaq və yeni “premium olmayan, amma yüksək tələbli” zonalar formalaşacaq.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: Bakıda mənzil bazarında bahalıq nə qədər davam edəcək?
Next: Diplom var, iş yoxdur –

Oxşar xəbərlər

neftimage
  • Baş Yazı

Azərbaycanın neft hasilatı azalır – Büdcə və manat üçün nə dəyişəcək?

User 11 Noyabr 2026 - 12:00
market
  • Baş Yazı

Ərzaq qiymətləri yenə artır – Ailələr ayda nə qədər pul xərcləyir?

User 11 Noyabr 2026 - 10:27
pensiya02
  • Baş Yazı

2027-ci ildə pensiyaçılar üçün yeni artım – 640 manatla bağlı gözlənti

User 11 Noyabr 2026 - 09:36

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.