Kofe haqqında bilinməyən fakt –Hər gün 2 milyard fincan içilir

Kofe dünyanın ən populyar içkilərindən biri olaraq qalır. Beynəlxalq Kofe Təşkilatının məlumatına görə, hər gün dünyada 2 milyarddan çox fincan kofe istehlak edilir.

Tarixçilərin fikrincə, kofenin vətəni Efiopiyadır. Əfsanəyə görə, IX əsrdə çoban Kaldi keçilərinin müəyyən giləmeyvələri yedikdən sonra daha enerjili olduğunu müşahidə edib. Sonradan həmin bitki kofe kimi məşhurlaşıb.

Bu gün ən böyük istehsalçı ölkə Braziliya hesab olunur. Dünya kofesinin təxminən üçdə biri burada yetişdirilir. Sonrakı yerlərdə VyetnamKolumbiya gəlir.

Harvard Universitetinin tədqiqatçıları bildirirlər ki, normada qəbul edilən kofe diqqəti artırır və bəzi nevroloji xəstəliklərin riskini azalda bilər. Bununla belə, gündə 400 milliqramdan çox kofein qəbulunun yuxu problemlərinə səbəb ola biləcəyi vurğulanır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.