Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabatlarına əsasən, dünyada miopiyadan (yaxından görmə qüsuru) əziyyət çəkənlərin sayı rekord həddə çatır.
Azpost.info-nun məlumatına görə, araşdırmalar sübut edir ki, gün ərzində fasiləsiz olaraq 4 saatdan çox smartfon və ya kompüter ekranına baxmaq gözün torlu qişasını sıradan çıxarır və “quru göz” sindromunun yaranma riskini 65% artırır.
Oftalmoloqlar xəbərdarlıq edirlər ki, əgər indiki rəqəmsal vərdişlər bu templə davam edərsə, 2050-ci ilə qədər dünya əhalisinin yarısı (təxminən 5 milyard insan) miopiyadan əziyyət çəkəcək. Problemdən qorunmağın ən effektiv yolu isə çox sadədir: həkimlərin tövsiyə etdiyi “20-20-20” qaydası (hər 20 dəqiqədən bir, 20 saniyə ərzində, 20 fut (6 metr) uzaqlıqdakı bir nöqtəyə baxmaq).
Sunay