Süni intellekt əmək bazarını necə dəyişir?

Beynəlxalq Valyuta Fondunun (IMF) qlobal əmək bazarı ilə bağlı apardığı araşdırmalar göstərir ki, süni intellekt (AI) texnologiyalarının inkişafı dünyadakı iş yerlərinin təxminən 40%-nə birbaşa təsir edir. İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksək – 60% səviyyəsindədir.

Azpost.info bildirir ki, mütəxəssislərin rəyinə görə, bu proses tam bir işsizlik dalğası yaratmayacaq, bəzi peşələri sıradan çıxararkən daha çox “insan-AI əməkdaşlığı”na əsaslanan yeni sahələr formalaşdıracaq.

Ən çox risk altında olan sahələr məlumat daxiletmə, ilkin müştəri xidmətləri və rutin hüquqi sənədləşmə işləridir. Yaradıcı sənaye, strateji idarəetmə və proqramlaşdırma isə bu dalğadan ən çox qazanan sahələr hesab olunur.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.