Göyçayda dəhşətli qəza –Avtomobil su kanalına düşdü, axtarış aparılır /VİDEO

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 10 radələrində Göyçay rayonunda “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür. /APA/

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

https://www.youtube.com/watch?v=vBB5bE3x81w

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.