Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Facebook və Instagram-da qlobal problem –

User 19 İyul 2026 - 13:16 (Last updated: 19 İyul 2026 - 13:20)
facebook

Dünyanın ən böyük sosial media platformaları olan Facebook və Instagram-ın işində qlobal texniki nasazlıq yaranıb. Dünyanın müxtəlif ölkələrində minlərlə istifadəçi hesablarına daxil olmaq, xəbər lentini yeniləmək və mesaj göndərməkdə çətinlik çəkdiyini bildirir.

Azpost.info xəbər verir ki, istifadəçilərin sözlərinə görə, platformalara giriş zamanı ekranda “Hesab hazırda əlçatan deyil” xəbərdarlığı görünür. Bəzi istifadəçilər hesablarına daxil ola bilsələr də, xəbər lentinin yenilənmədiyini və mesajlaşma funksiyasının işləmədiyini qeyd edirlər.

Meta şirkətinin istifadəçilərə göstərdiyi sistem bildirişində problemin texniki nasazlıqdan qaynaqlandığı bildirilib:

“Saytdakı problem səbəbindən hesabınız hazırda əlçatan deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin.”

Real vaxt rejimində internet xidmətlərində yaranan nasazlıqları izləyən Downdetector platformasının məlumatına görə, problem təkcə müəyyən regionu əhatə etmir. ABŞ, Avropa və digər ölkələrdən minlərlə istifadəçi Facebook və Instagram xidmətlərində yaranan nasazlıq barədə məlumat verib.

Azpost.info bildirir ki, hazırda Meta şirkəti texniki problemin səbəbi və platformaların tam fəaliyyətinin nə vaxt bərpa olunacağı ilə bağlı əlavə rəsmi açıqlama verməyib.

Bu, son aylarda Meta platformalarında qeydə alınan ən genişmiqyaslı texniki problemlərdən biri hesab olunur.

AzPost.az

Post navigation

Previous: Rusiya Kiyev vilayətində ABŞ və Almaniyanın anbarlarını vurdu
Next: Şəki Xan Sarayının sirri açıldı: Tarixi XIII əsrə çıxır –

Oxşar xəbərlər

vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.