Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Özünəinamı qorumağın 7 sirri

User 23 İyul 2026 - 08:26 (Last updated: 23 İyul 2026 - 08:24)
memur33 (1)

Stress, uğursuzluqlar və başqalarının mənfi fikirləri insanın özünəinamını asanlıqla sarsıda bilər. Lakin mütəxəssislərin fikrincə, hər gün tətbiq edilən sadə vərdişlər daxili gücü qorumağa və özünəinamı artırmağa kömək edir.

Bu barədə jurnalist Cill Zvarenstayn YourTango nəşrində yazıb.

Özünəinam niyə azalır?

Aşağı özünəinam bir çox insanın üzləşdiyi problemdir. Bu vəziyyət uzun müddət davam etdikdə karyeraya, şəxsi münasibətlərə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, özünəinamın zəifləməsinə yalnız daxili şübhələr deyil, ətrafdakı insanların mənfi münasibəti, sosial şəbəkələrin yaratdığı müqayisə hissi və uşaqlıqdan formalaşan psixoloji təsirlər də səbəb olur.

“Kral Şir” cizgi filmində Mufasanın Simbaya dediyi “Kim olduğunu unutma” fikri də insanın öz dəyərini xatırlamasının vacibliyini vurğulayır. Psixoloqlar qeyd edirlər ki, təzyiq altında belə özünəinamını qoruyan insanların ortaq 7 vərdişi var.

1. Hərəkəti həyatın bir hissəsinə çevirmək

Fiziki aktivlik endorfin və serotonin hormonlarının ifrazını artıraraq əhvalı yaxşılaşdırır. ABŞ-ın Mayo Klinikasının məlumatına görə, idman ideal bədən uğrunda yarış deyil, sağlamlıq və zövq üçün edildikdə özünəinamı və emosional vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

2. Başqalarına kömək etmək

Könüllü fəaliyyət insanın diqqətini öz problemlərindən yayındırır və həyatına məna qazandırır. 28 araşdırmanın nəticələri göstərib ki, heyvanlara yardım etmək, mentorluq proqramlarında və ictimai layihələrdə iştirak özünəhörməti artırır.

3. Pis münasibətə dözməmək

Mütəxəssislər hesab edirlər ki, dostların, həmkarların və ya digər insanların hörmətsiz davranışına göz yummaq insanın özünəinamını zəiflədir. Klinik sosial işçi Terri Qaspardın sözlərinə görə, sağlam özünəinamı olan insanlar ətraflarını daha diqqətlə seçir və onların dəyərlərinə uyğun gəlməyən münasibətləri qəbul etmirlər.

4. Keçdiyiniz yolu qiymətləndirmək

İnsanlar çox vaxt yalnız uğursuzluqları xatırlayır. 2023-cü ildə aparılan araşdırma göstərib ki, uğursuzluq zamanı insanın özünə mərhəmətlə yanaşması özünü həddindən artıq tənqid etməsinin qarşısını alır.

5. Özünə qayğı göstərmək

Ailə psixoterapevti İnqrid Helander bildirir ki, insanın əsas fiziki və emosional ehtiyaclarını qarşılaması stresslə mübarizə aparmaq üçün möhkəm təməl yaradır. Kifayət qədər yuxu, sağlam qidalanma və istirahət özünəinamın vacib elementləridir.

6. Əhvalı yüksəldən şeylərin siyahısını hazırlamaq

Psixoloq Qay Vinç qeyd edir ki, özünəinam daim dəyişə bilər. Buna görə də hər kəs özünü yaxşı hiss etdirən fəaliyyətləri əvvəlcədən müəyyən etməlidir. Sevimli musiqini dinləmək, gəzintiyə çıxmaq, dostlarla söhbət etmək və ya hobbilə məşğul olmaq belə üsullardan ola bilər.

7. Mükəmməllik xəstəliyindən uzaq durmaq

2024-cü ildə aparılan araşdırma sosial şəbəkələrdən həddindən artıq istifadənin insanların bədən görünüşündən narazılığını artırdığını göstərib. Mütəxəssislər insanlara özlərini başqaları ilə müqayisə etməməyi və onlarda narahatlıq yaradan sosial media hesablarını izləməkdən imtina etməyi tövsiyə edirlər.

Psixoloqlar hesab edirlər ki, özünəinam birdəfəlik əldə olunan xüsusiyyət deyil. O, gündəlik vərdişlər, sağlam münasibətlər və insanın özünə qarşı qayğıkeş yanaşması sayəsində qorunub saxlanılır.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: İsveçrə və Almaniyada 2 min illik yaşayış məskənləri tapıldı
Next: Alimlər açıqladı:

Oxşar xəbərlər

gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23
derman
  • Sosial

İnsultun müalicəsində yeni dərman təsdiqləndi – Laxtanı saniyələr içində həll edir

User 21 Oktyabr 2026 - 17:11
menzil
  • Sosial

Kirayə mənzil almaq istəyənlər üçün yeni qaydalar – şərtlər dəyişdi

User 21 Oktyabr 2026 - 16:41

xƏBƏR

paşşşinyan
  • Siyasət

Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

User 22 Oktyabr 2026 - 12:11
Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir. “Armtimes“ xəbər verir ki, bunu Ermənistanın...
Read more about Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək gurcustan-bayraq
  • Siyasət

Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək

User 22 Oktyabr 2026 - 12:09
FIFA: Azərbaycan dünya çempionatına hazırdır fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.